İzahlı lüğət

YOXUŞ (ID - 43875)

is. 1. Yolun dağa, təpəyə qalxan hissəsi; ümumiyyətlə, getdikcə yuxarı qalxan yer (eniş müqabili). Dərənin o biri tayında yoxuşun başında bir atlı dayanmışdı. Ə.Məmmədxanlı. Yollar uzun, yoxuş dar. Vahabzadə. // Dik (yer),...

YOXUŞ-ENİŞ (ID - 43876)

bax eniş-yoxuş.

YOXUŞLU (ID - 43877)

sif. 1. Yoxuşu olan, yoxuşları çox olan. Yoxuşlu yol.
2. məc. Çətin, əziyyətli. [Müəllim Zərifəyə deyir:] Həyat yolları yoxuşludur. H.Seyidbəyli.

YOXUŞLUQ (ID - 43878)

is. Çoxlu yoxuşu olan yer, yoxuş yer. Bura çox yoxuşluqdur.

YOXUŞSUZ (ID - 43879)

sif. 1. Yoxuşu olmayan, düz. Yoxuşsuz yol.
2. məc. Çətinliksiz, asan, rahat. [Mirpaşa:] Yeri, uşaqlarla gəz, dolan bir az; Bu dünya enişsiz, yoxuşsuz olmaz. Z.Xəlil.

YOL (ID - 43880)

is. 1. Gediş-gəliş və nəqliyyat işləməsi üçün zolaq şəklində ayrılmış yer. Kəndarası yol. Bu yol haraya gedir? Avtomobil yolu. Şose yolu. - [Yusif şah] əmr elədi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə...

YOLAQ, YOLAĞA (ID - 43881)

is. məh. Çəpərdə, hörgüdə basıq və ya uçuq yer; çəpəri, hörgünü basmaqla açılan yol. Yolaqdan gələn hənirtiyə qarşı onlar.. yerbəyer qalxdılar və həyət qapısına tərəf atıldılar. S.Rəhimov.

YOLAYAXIN (ID - 43882)

sif Sözə qulaq asan; sözeşidən, sözqanan, üzüyola. Yolayaxın adam.

YOLAYAXINLIQ (ID - 43883)

is. Yolayaxın olma, üzüyola olma; üzüyolalıq.

YOLAYIRAN (ID - 43884)

is. d.y. 1. Relsli yollarda yolu qatarlar üçün açıb-bağlamaqdan ötrü qurğu; yoldəyişən.
2. Bu qurğunu idarə edən dəmiryol işçisi. Yolayıran öz budkasının yanında durmuşdu.

YOLAYOVUQ (ID - 43885)

bax yolayaxın.

YOLAYOVUQLUQ (ID - 43886)

bax yolayaxınlıq.

YOLAYRICI (ID - 43887)

is. Yolların kəsişdiyi və ya ayrıldığı yer, nöqtə. Zinyət, xoş gəlmişsiniz! Bəs biz sizi yolayrıcında gözləyirdik. S.Rəhman.

YOLBİLƏN (ID - 43888)

sif. və is. Təcrübəli, çətin vəziyyətdən çıxmaq çarəsini bilən; tədbirli (adam).

YOLÇU (ID - 43889)

is. 1. Yola, səfərə çıxmış adam, yol gedən adam. Yolçu yolda gərək. (Ata. sözü). Sevinir keçəndə yolçunun gözü; Seyr edir bu geniş, bəzəkli düzü. H.K.Sanılı. Abbas kişinin böyük və səsli şəhərdə rast gəldiyi ilk yolçudan...

YOLÇULUQ (ID - 43890)

is. Dilənçilik. Yolçuluq etmək.

YOLDAŞ (ID - 43891)

is. 1. İş, həyat şəraiti ilə birbirinə yaxın olan adamlar; rəfiq. Məktəb yoldaşları. Cəbhə yoldaşları. iş yoldaşı. Uşaqlıq yoldaşı. - Yoldaşı yoldaşdan soruşarlar. (Ata. sözü). Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı....

YOLDAŞCANLI (ID - 43892)

sif Yoldaş sevən, yoldaş, dost üçün canı yanan, yoldaşa sədaqətli. Nəbi çox yoldaşcanlı adam idi. O istəmirdi yoldaşlarının ayağına tikan batsın. “Qaçaq Nəbi” .

YOLDAŞCANLILIQ (ID - 43893)

is. Yoldaşcanlı olma, yoldaşının qeydinə qalma, yoldaşa bağlılıq.

YOLDAŞCASINA (ID - 43894)

zərf Yoldaş kimi, dost kimi, yaxın adam kimi; səmimi. Yoldaşcasına demək. Yoldaşcasına hərəkət etmək.

YOLDAŞCIĞAZ (ID - 43895)

“Yoldaş”dan oxş. Yoldaşcığazım azarlayıb. - Dedi bir tülküyə bir gün meymun; Səndə, yoldaşcığazım, çoxdur yun. A.Səhhət.

YOLDAŞLAŞMA (ID - 43896)

“Yoldaşlaşmaq”dan f.is.

YOLDAŞLAŞMAQ (ID - 43897)

qarş. Bir-biri ilə yoldaş olmaq.

YOLDAŞLI (ID - 43898)

sif. 1. Yoldaşı, rəfiqi, dostu olan. Sallan, qələm qaşlı, yanı yoldaşlı; Qalmışam ataşlı, mən başıdaşlı... Aşıq Ələsgər.
2. Zərf mənasında. Təkbaşına yox, yoldaşla birlikdə.

YOLDAŞLIQ (ID - 43899)

is. 1. Yoldaşlar arasındakı əlaqə əsasında əmələ gələn yaxınlıq; dostluq. Yoldaşlıq duyğusu. Yoldaşlıq vəzifəsi. Yoldaşlıq münasibəti. - [Süleyman:] Yox, bu, yoldaşlıq haqqında namərdlik olar. Ü.Hacıbəyov.
2. Yol, səfər...

YOLDAŞSIZ (ID - 43900)

sif. Heç bir yoldaşı, dostu olmayan; tək. Yoldaşsız (z.) qalmaq.

YOLDAŞSIZLIQ (ID - 43901)

is. Yoldaşı, dostu olmama, yoldaşı, dostu olmayan adamın hal və vəziyyəti; təklik. Hərgah danışmıram, ona da səbəb yoldaşsızlıqdır. S.S.Axundov.

YOLDAŞVARİ (ID - 43902)

sif. və zərf Yoldaş kimi, dost kimi. Sizinlə bir məsələ haqqında yoldaşvari və daha açıq danışmaq istəyirəm. Ə.Vəliyev.

YOLDƏYİŞƏN (ID - 43903)

is. 1. d.y. Relsli yollarda qatarları bir yoldan başqasına keçirmək üçün qurğu; strelka.
2. Bu qurğunu idarə edən dəmiryol işçisi; strelkaçı. [Qədir] dəmir yoluna yoldəyişən vəzifəsinə işə girdi. Ə.Sadıq.

YOLDURMA (ID - 43904)

“Yoldurmaq”dan f.is.

YOLDURMAQ (ID - 43905)

“Yolmaq”dan icb.

YOLDURTMAQ (ID - 43906)

icb. Başqasına yoldurmaq.

YOLGÖSTƏRƏN (ID - 43907)

is. Rəhbər, başçı, böyük. Uşağın yolgöstərəni olmadı.

YOLXƏRCİ (ID - 43908)

is. Yolda xərclənməsi zəruri olan pul.

YOL-İZ (ID - 43909)

is. Yol. [Rizvan:] Hava yağır. Sonra yol-iz tutular, gecəyə düşərik!.. S.Hüseyn. Qar yağır ağır-ağır; Yollar-izlər ağarır. H.Hüseynzadə.

YOLKA (ID - 43910)

[rus. enxa] 1. Yeni il, yaxud xristianların milad bayramı münasibətilə bəzədilən küknar ağacı (bəzən süni materiallardan düzəldilir). // Bu münasibətlə həmin ağac ətrafında düzəldilən şənlik, bayram. Yolka bayramı.

YOLKƏSƏN (ID - 43911)

is. Qarət və soyğunçuluq məqsədi ilə adamların yolunu kəsən şəxs; quldur. Bütün oğrular, yolkəsənlər, qatillər, zalımlar, müstəbidlər, fırıldaqçılar - hamısı cəhənnəmin vəsfini dönə-dönə eşitmişlər və moizələrə,...

YOLKƏSMƏ (ID - 43912)

is. Quldurluq, çapovul, qarət. O ətrafda bir yolkəsmə, bir quldurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı. S.S.Axundov.

YOLLAMA (ID - 43913)

“Yollamaq”dan f.is.

YOLLAMAQ (ID - 43914)

f Göndərmək. Məşədi bəyin yolladığı uşaq tez qayıtdı və cavab gətirdi. M.Hüseyn.

YOLLANMAQ (ID - 43915)

1. f. Yola düşüb getmək, bir səmtə istiqamət almaq. Səhərdir, məktəbə yollanır Xumar; Yanında bir yığın yoldaşı da var. S.Vurğun. [Səriyyə] ayaqları əsə-əsə Ayaz və Niyazı yanına saldı. Mitil yorğanı dalına atıb mehmanxanaya...

YOLLAŞMA (ID - 43916)

1. “Yollaşmaq”dan f.is.
2. is. Razılaşma, razılıq, saziş.

YOLLAŞMAQ (ID - 43917)

qarş. 1. Yola getmək.
2. Danışaraq razılaşmaq, sazişə gəlmək. Pullu müştərilər ilə yollaşandan sonra, çervonları alıb yerbəyer edəndən sonra, sarıköynək arvad Qulamın məscidə dönmüş evinə baxıb ürəyində demişdi.....

YOLLATMA (ID - 43918)

“Yollatmaq”dan f.is.

YOLLATMAQ (ID - 43919)

icb. Başqası vasitəsilə yollamaq. Yay olanda dağa yollat! Yaz olanda ifçin nallat! “Koroğlu” .

YOLLU (ID - 43920)

sif Yolu olan.

YOLLUQ (ID - 43921)

sif. Yol üçün, səfər üçün olan, yola götürülən, yola lazım olan. Yolluq xərc. Yolluq yemək.

YOLMA (ID - 43922)

1. “Yolmaq”dan f.is.
2. sif. Çox gödək olduğundan orağa gəlmədiyi üçün əllə dartılıb çıxarılmalı olan. Yolma taxıl. - ..Onların taxılı bu il gödərək yolma olmuş, dərzləri bəndəmin arasına güclə yığılmışdı....

YOLMAQ (ID - 43923)

f . 1. Dartıb qoparmaq, çəkib qoparmaq. Otu yolmaq. Toyuğu yolmaq. - Vur ağzına, düşsün yerə dəndan, nəyə lazım? Yol zülfünü, ol zülfi-pərişan nəyə lazım? M.S.Ordubadi. Saxlamış sarayda o qızı bir qış; Qız yolub saçını,...

YOLPA (ID - 43924)

sif. Pırtlaşıq saçlı, əzilmiş paltarlı, tör-töküntülü.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed