İzahlı lüğət

YAXINLAŞDIRMA (ID - 42125)

“Yaxınlaşdırmaq”danf.is.

YAXINLAŞDIRMAQ (ID - 42126)

f 1. Bir şeyin yaxınına çəkmək, yaxınına gətirmək; bir şeyə yanaşdırmaq. Başmaqlarını bir-birinə yaxınlaşdırmaq. Maşını qapıya yaxınlaşdırmaq. Şkafı divara yaxınlaşdırmaq. - Arxitektor kreslosunu stola yaxınlaşdırdı....

YAXINLAŞMA (ID - 42127)

“Yaxınlaşmaq”dan f.is. Bir-biri ilə yaxınlaşma. Qışın yaxınlaşması.
Münəvvər xanım gözlərini açıb sübhün yaxınlaşmasını hiss edirdi. M.S.Ordubadi.

YAXINLAŞMAQ (ID - 42128)

f . 1. Hərəkət edərək bir şeyin yaxınına gəlmək, yaxın durmaq, yanaşmaq üzrə olmaq; yanaşmaq. Gəmi sahilə yaxınlaşır. Qatar stansiyaya yaxınlaşdı. Evə yaxınlaşmaq. Divara yaxınlaşıb durdum. Zeynal, yavaşca addımlar ilə...

YAXINLATMA (ID - 42129)

“Yaxmlatmaq”dan f.is.

YAXINLATMAQ (ID - 42130)

bax yaxınlaşdırmaq.

YAXINLIQ (ID - 42131)

is. 1. Məsafə etibarilə çox uzaq olmama, yaxın olma. Qəsəbənin dəmir yoluna yaxınlığı. Bazarın evə yaxınlığı. Yolun yaxınlığı. // Yaxın yer, ətraf. Yaxınlıqda heç bir zihəyat görünməyir, quyulardan neft dartan dərin tulunbaların...

YAXIN-UZAQ (ID - 42132)

sif. və zərf 1. Həm yaxın, həm uzaq, müxtəlif. Bu xəbəri eşidən yaxınuzaq yerlərdən qəhvəçi dükanına gəlib Qəribin oxumasına qulaq asırdılar. “Aşıq Qərib” .
2. Gec-tez. [Dərviş:] Nədənsə yaxın-uzaq Ruqiyyənin mənə...

YAXIŞMA (ID - 42133)

“Yaxışmaq”dan f.is.

YAXIŞMAQ (ID - 42134)

bax yaraşmaq. Ruscaya gəldikcə, inanmıram, onu da bir ziyalı qadının ağzına yaxışır surətdə danışa bilsin. A.Şaiq.

YAXLAŞDIRILMA (ID - 42135)

“Yaxlaşdırılmaq”dan f.is.

YAXLAŞDIRILMAQ (ID - 42136)

bax yaxınlaşdırılmaq.

YAXLAŞMA (ID - 42137)

“Yaxlaşmaq”dan f.is.

YAXLAŞMAQ (ID - 42138)

bax yaxınlaşmaq. ..Payan kəndinə yaxlaşırdıq. M.S.Ordubadi. Ata! Əl çəkəsi deyilik səndən! Deyərək, öz oğlu yaxlaşdı ona. S.Vurğun.

YAXMA1 (ID - 42139)

1. “Yaxmaq1”dan f.is.
2. is. Üzərinə yağ və s. yaxılmış çörək parçası; yaxmac. Tapdıq dedi: - Ana, ona yağ yaxması ver! Ə.Vəliyev.

YAXMA2 (ID - 42140)

“Yaxmaq2”dan f.is.

YAXMAC (ID - 42141)

is. Üzərinə yağ, bal və s. sürtülmüş çörək parçası; yaxma. Şlyapaların sahibi qadınlar stolun gözündən çıxardıqları yağ yaxmaclarını dişləri ilə çimdiklərdilər. Mir Cəlal. Kimisi yaxmac qayırır, .. kimisi yağla şorun...

YAXMAQ1 (ID - 42142)

f 1. Qatı, yağlı bir maddəni bir şeyin üstünə sürtüb yaymaq. Çörəyə kərə yaxmaq. - Çıxdım Aya baxmağa; Qapıya qıfıl taxmağa; Qıza xına gəlibdi; Əllərinə yaxmağa. (Bayatı). [Məşədi İbad:] Görünür ki, heyvan balası...

YAXMAQ2 (ID - 42143)

bax yandırmaq. [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib” . Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər. Qövsi.

YAXŞI (ID - 42144)

sif. 1. Müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan; bəyənilən (yaman ziddi). Yaxşı yeməklər. Yaxşı mal. Yaxşı at. Yaxşı mənzil. Yaxşı xətt....

YAXŞI-YAMAN (ID - 42145)

is. 1. Həyatda olan yaxşı və pis şeylər, müsbət və mənfi hallar. [Bədircahan:] Allah vurub, deyir, cahılları, qocadan danış... Cahandidə, yaxşı-yamanı görmüş.. N.Vəzirov. □ Yaxşı-yaman sanmaq (bilmək) - yaxşısını pisindən...

YAXŞICA (ID - 42146)

zərf Yaxşı. Yaxşıca gəldin. Yaxşıca yadıma düşdü. Yaxşıca etdin. Yaxşıca cavabını verdin. // Yaxşı-yaxşı, lazımi surətdə. Bəlli Əhməd bazu-bəndi də, qızılları da yaxşıca gizlətdi. “Koroğlu” . [Gülçöhrə:] Bir...

YAXŞILANDIRILMA (ID - 42147)

“Yaxşılandırılmaq”dan f.is.

YAXŞILANDIRILMAQ (ID - 42148)

bax yaxşılaşdırılmaq.

YAXŞILANDIRMA (ID - 42149)

“Yaxşılandırmaq”danf.is.

YAXŞILANDIRMAQ (ID - 42150)

bax yaxşılaşdırmaq. Keçən zəmanədə insan köçəri olduğuna, yəni onun yeri çox olmağa binaən o, yerləri yaxşılandırmağa səy etməyib. “Əkinçi” .

YAXŞILAŞDIRICI (ID - 42151)

sif. Bir şeyin keyfiyyətini, vəziyyətini daha da yaxşılaşdıran, təkmilləşdirən. Iş şəraitini yaxşılaşdırıcı tədbirlər.

YAXŞILAŞDIRILMA (ID - 42152)

“Y axşılaşdırılmaq”dan f.is.

YAXŞILAŞDIRILMAQ (ID - 42153)

məch. Bir şeyin keyfiyyəti, vəziyyəti yaxşı hala salınmaq.

YAXŞILAŞDIRMA (ID - 42154)

“Yaxşılaşdırmaq”dan f.is.

YAXŞILAŞDIRMAQ (ID - 42155)

YAXŞILAŞMA (ID - 42156)

“Yaxşılaşmaq”dan f.is. [Zeynal] Mehribanın yaxşılaşmasını, tamamilə xəstəlikdən sağalmasını gözləyirdi. S.Hüseyn.

YAXŞILAŞMAQ (ID - 42157)

f . Keyfiyyətcə, vəziyyətcə və s. cəhətdən daha yaxşı olmaq. Vəziyyət gündən-günə yaxşılaşır. Ev şəraiti yaxşılaşmışdır. // Sağlamlaşmaq, əmələ gəlmək, düzəlmək, qıvraqlaşmaq. Tapdıq vücudca yaxşılaşmışdır....

YAXŞILIQ (ID - 42158)

is. İnsanın müsbət mənəvi keyfiyyəti, sifəti (pislik, yamanlıq ziddi). Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları...

YAXŞILI-YAMANLI (ID - 42159)

sif Həm yaxşısı, həm pisi olan, hər cür.

YAXŞIRAQ (ID - 42160)

sif. köhn. Daha yaxşı. ..Hər bir divardan çölün havası içəri gəlir və hansından artıq gəlir isə, o divar yaxşıraqdır. H.Zərdabi.

YAXŞI-YAXŞI (ID - 42161)

1. sif. Yaxşı (topluluq mənasında). Yaxşı-yaxşı yeməklər. Yaxşı-yaxşı şeylər. - [Şəhərdə] gördüm ki, bu yaxşı-yaxşı adamların surətlərini necə yaradırlar. S.Rəhimov.
2. zərf Dərindən, ətraflı, diqqətlə, lazımınca,...

YAXŞI-YAMANLIQ (ID - 42162)

is. Bir şeyin yaxşılıq və pislik cəhətdən keyfiyyəti; bir hərəkətin, işin mənəvi cəhətdən necəliyi.

YAXTA (ID - 42163)

is. [ing.] Yelkənli və yaxud motorlu idman qayığı.

YAXT-KLUB (ID - 42164)

YAXUD (ID - 42165)

bağl. [fars.] Həmcins söz və ya cümlələri bir-birinə bağlayır, “və ya” , “ya da” mənasında işlənir (bəzən “və yaxud” , “yaxud da” şəklində də işlənir). Bu gün, yaxud sabah gedəcəyik. - ..Mahmud bacısını...

YAİNKİ (ID - 42166)

bağl. köhn. Yaxud, ya, ya ki, ya da. Rüxsari-alın üzrə o xali-siyahmıdır? Yainki may eyi-dili-mə cruh dağıdır. S.Ə.Şirvani. ..Hər kəs rusca, yainki.. gürcücə, yainki avropalılar işlətdikləri hürufat ilə yazı yazmaq bilir, - bizim...

YAK (ID - 42167)

[tibetcə] Tibetdə yetişdirilən, iri buynuzları və uzun tükləri olan, gövşəyən iri heyvan; Tibet camışı.

YAKOBİN (ID - 42168)

YAKOBİNLİK (ID - 42169)

is. tar. Yakobinlərin prinsipləri və siyasi hərəkatı.

YAKUT(LAR) (ID - 42170)

is. Yakutiya Respublikasının yerli əhalisi; türkdilli xalqlardan biri (özlərini saxa da adlandırırlar).

YAQMA (ID - 42171)

“Yaqmaq”dan f.is.

YAQMAQ (ID - 42172)

bax yaxmaq2. Rəhm edib aşiqini həşr günü yaqmayalar; Ki, bu dünyada əsiri-qəmi-hicran olmuş. Füzuli. Bir dəm səni ol atəşi-rüxsar yaqmadı; Sən ey hicab, səddiIskəndərmisən, nəsən? Qövsi.

YAQUT (ID - 42173)

is. [ər.] 1. Qırmızı rəngdə olan qiymətli daş. Yaqut üzük (qaşı yaqutdan olan üzük). - Qaş-daşı əlli, vəzni yüz misqal; Qırx daşı ləldir, onu yaqut. S.Ə.Şirvani. [Hacı Murad:] ..Bu rəngdə yaqut heç Xəta padşahının xəzinəsində...

YAL1 (ID - 42174)

is. 1. Atın (və bəzi heyvanların) boynunun üst hissəsində bitən uzun tüklər. Əli ilə atın üzünü, gözünü, yalını, sağrısını tumarladı. “Koroğlu” . Bəy ata yaxınlaşdı, əli ilə onun yalını tumarladı, qayışlarını...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed