İzahlı lüğət

YAXINLIQ

is. 1. Məsafə etibarilə çox uzaq olmama, yaxın olma. Qəsəbənin dəmir yoluna yaxınlığı. Bazarın evə yaxınlığı. Yolun yaxınlığı. // Yaxın yer, ətraf. Yaxınlıqda heç bir zihəyat görünməyir, quyulardan neft dartan dərin tulunbaların yeknəsəq səsləri eşidilirdi. S.Hüseyn. Bu vaxt, birdən yaxınlıqda oxunan bir mahnı eşidildi. İ.Əfəndiyev. Zaman etibarilə uzaq olmama, yaxın olma; yaxınlaşma. Qışın yaxınlığı. imtahanların yaxınlığı. Yaxın münasibət, yaxın əlaqə; yoldaşlıq, dostluq münasibəti. insanlar arasında yaxınlıq. - [Müəllim və Tellinin] arasında ruhi bir yaxınlıq vardı. S.Hüseyn. Rübabə ilə Vahid arasında ünsiyyət doğduqca, yaxınlıq artdıqca Gəldiyevdə intiqam hissi alovlanırdı. Mir Cəlal. □ Yaxınlıq etmək - dostluq etmək, bir-birinə yaxın olmaq, yaxın əlaqə saxlamaq. Eldar [Ceyran] barəsində çox maraqlanır. Lakin yaxınlıq etməyə üzü gəlmir. S.Hüseyn. Qurban Mərəndi ilə [Firidun] bir daha yaxınlıq etmədi. M.İbrahimov. Uyğunluq, oxşarlıq, bənzərlik. Tərcümənin orijinala yaxınlığı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed