
YAXŞI-YAXŞI1. sif. Yaxşı (topluluq mənasında). Yaxşı-yaxşı yeməklər. Yaxşı-yaxşı şeylər. - [Şəhərdə] gördüm ki, bu yaxşı-yaxşı adamların surətlərini necə yaradırlar. S.Rəhimov.
2. zərf Dərindən, ətraflı, diqqətlə, lazımınca, əməlli-başlı. Bir yaxşı-yaxşı fikirləş. Materialı yaxşı-yaxşı öyrənməli. - Gözlərini açıb bir yaxşı-yaxşı bax. S.Rüstəm. Paylaşın - Hamı bilsin
|