İzahlı lüğət

YAXMAQ1

f 1. Qatı, yağlı bir maddəni bir şeyin üstünə sürtüb yaymaq. Çörəyə kərə yaxmaq. - Çıxdım Aya baxmağa; Qapıya qıfıl taxmağa; Qıza xına gəlibdi; Əllərinə yaxmağa. (Bayatı). [Məşədi İbad:] Görünür ki, heyvan balası dəllək xınanı pis yaxıbdır. Ü.Hacıbəyov. // Bulamaq, batırmaq.
2. məc. Əsassız olaraq isnad etmək, boynuna qoymaq, üstünə atmaq. [Fatma xanım:] Sənin bu ləçər qızın mənim üstümə oğurluq yaxır. N.Vəzirov. ..Çar agentlərinə və bir casusa yaraşan sifətləri bunun məsum və səmimi çöhrəsinə yaxa bilmirdim. M.S.Ordubadi.
□□ Qara yaxmaq - bax qara. Ləkə yaxmaq - bax ləkə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed