İzahlı lüğət

YAXŞI-YAMAN

is. 1. Həyatda olan yaxşı və pis şeylər, müsbət və mənfi hallar. [Bədircahan:] Allah vurub, deyir, cahılları, qocadan danış... Cahandidə, yaxşı-yamanı görmüş.. N.Vəzirov. □ Yaxşı-yaman sanmaq (bilmək) - yaxşısını pisindən ayırmaq. Bəs ki uşaqdır hələ, yaxşı-yaman sanmayır; Elmin əbəs olduğun anlamayır, qanmayır. M.Ə.Sabir. [Rüstəm:] Yaxşı-yaman bilmək, irəli getmək üçün yaxşı yoldaş lazımdır. S.Rəhimov. // Hal, vəziyyət. Qövsi, ondan qeyri kim, könlüm onun yanındadır; Hiç kim vaqif deyil yaxşı-yamanımdan mənim. Qövsi. Yaxşı və pis sözlər, müsbət və mənfi fikirlər. Hələ bir dəfə atam məni çağırdı ki, ay bala, qızın adına yaxşı-yaman deyirlər. İ.Hüseynov. Zərf mənasında. Babat, bir təhər, bir növ, bir qaydada. ..Məktəb öz başına qalıb, yaxşıyaman öz işinə məşğul olubdur. F.Köçərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YAZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed