İzahlı lüğət

YATALAQ (ID - 43025)

is. tib. Çox yoluxucu bir neçə xəstəliyin ümumi adı; tif. Qarın yatalağı. Səpmə yatalaq. Qayıdan yatalaq. - [Gülcahan:] ..Mirzədadaş bu gün üç gündür yatalaq yatır.. N.Vəzirov. [Əntiqənin] atası qarışıqlıq illərində yatalaqdan...

YATALAQLI (ID - 43026)

sif. Yatalaq xəstəliyinə tutulmuş. Yatalaqlı xəstələr.

YATALQA (ID - 43027)

is. Düşərgə, yataq; müvəqqəti yaşayış yeri. [İvan bəy:] Sənin evin olub qaçaqlar yatalqası. N.Vəzirov.

YATAR1 (ID - 43028)

is. 1. Yatmaq, əyilmək səmti, bir şeyin aşağı yatmış tərəfi. ..Danışan gənc mühəndis uzunsov başının ortadan ayrılmış saçlarını yatarına (z.) sığallayaraq, bütün günahı neft sənayesinə təzə gəlmiş cavanlarda görürdü....

YATAR2 (ID - 43029)

YATIXMA (ID - 43030)

“Yatıxmaq”dan f.is.

YATIXMAQ (ID - 43031)

f . Lay-lay yastılaşaraq çökmək; yatmaq. Torpağın yatıxıb yerə çökməsi.

YATIQ (ID - 43032)

sif. 1. Əyilmiş, yastılanmış, yatmış, çökmüş, basılmış kimi olan. Köksü yatıq. Beli yatıqdır. Samovarın böyrü yatıqdır.
2. məc. Heç bir şeydən xəbəri olmayan, ayıq olmayan; xəbərsiz, fərasətsiz. [Mahmud] ən yatıq...

YATIQLIQ (ID - 43033)

is. Yatıq şeyin halı.

YATILI (ID - 43034)

zərf Yatmış halda, yuxulu halda, yuxulu-yuxulu. Axırda onu yatılı halda götürüb evə gətirdilər. “Aşıq Qərib” .

YATIM1 (ID - 43035)

is. Bir şeyin yatmaq, əyilmək səmti, qaydası, üsulu; yatmış, əyilmiş şeyin halı. Saçın yatımı. // Xov. Xalçanın yatımı.

YATIM2 (ID - 43036)

is. geol. Mədən yatağının forması, quruluşu.

YATIMINA (ID - 43037)

zərf Yastı və enli tərəfi üstündə; yastısına.

YATIMLI (ID - 43038)

sif. 1. Yaxşı, asan yatırıla bilən, qoyula bilən, yerləşdirilə bilən.
2. məc. Xoşagələn, ürəyəyatan, sevimli. Xüsusən çalanın ürəyə yatımlı səsi, oxunan bayatıdakı mənanın kəskinliyi, sazın uyğun səsinə qarışdığı...

YATIMLILIQ (ID - 43039)

is. 1. Yatımlı şeyin halı.
2. Xoşa gəlmə, ürəyə yatma.

YATIR (ID - 43040)

is. 1. Toxunulmayıb saxlanılan dəyərli, qiymətli şeylər; qızıl-gümüş, var-dövlət. [Cavanşir bəy:] Kişinin gərək qiymətdə ağır, çəkidə yüngül yatırı olsun. S.Rəhimov.
2. Qənaət edilib yığılmış, saxlanmış pul və...

YATIRDILMA (ID - 43041)

“Yatırdılmaq”dan f.is.

YATIRDILMAQ (ID - 43042)

məch. Yatmağa məcbur edilmək; yatızdırılmaq.

YATIRILMA (ID - 43043)

“Yatırılmaq”dan f.is. Üsyanın yatırılması. Uşağın yatırılması uzun çəkdi.

YATIRILMAQ (ID - 43044)

məch. 1. Yatmağa məcbur edilmək.
2. Zorakı yolla bir şeyə nəhayət verilmək, silah gücü ilə dayandırılmaq. İğtişaş yatırıldı.

YATIRIM (ID - 43045)

is. Qənaət edilib yığılmış xəzinə.

YATIRMA (ID - 43046)

“Yatırmaq”dan f.is.

YATIRMAQ (ID - 43047)

f . 1. Yuxuya vermək, yatmağa vadar etmək, yatağa qoymaq, uyutmaq, yuxulatmağa çalışmaq. Uşağı yatırmaq. - Zeynal qapı ağzına gəldi, arvadı Mehriban, dörd ayını hələ bitirməmiş körpə Xalidəsini yatırırdı. S.Hüseyn. Böyük...

YATIRTMA (ID - 43048)

“Yatırtmaq”dan f.is.

YATIRTMAQ (ID - 43049)

icb. 1. Yuxuya vermək, yatmağa məcbur etmək. Xavər bütün günü ağzına çörək dəyməmiş Azadı dilə tutaraq təzəcə yatırtmışdı. M.İbrahimov.
Aşağı əymək, aşağı sallamaq, səmtinə görə əymək, yatıq hala salmaq. Meynəni...

YATIŞ (ID - 43050)

is. Yatmaq, uzanmaq tərzi; yatma. Aslan yatışından da bəllidir. (Ata. sözü). [Azadın yoldaşlarının] belə sakit yatışı onun kədərlərini silib, qəlbinə bir az təsəlli verdi. A.Şaiq.

YATIŞMA (ID - 43051)

“Yatışmaq”dan f.is.

YATIŞMAQ (ID - 43052)

qarş. 1. Hamı birlikdə uzanıb yatmaq, hərə öz yerində uzanıb yatmaq. Çaydan sonra yatışdıq. C.Məmmədquluzadə. Gecədir. Yatışır dustaqlar tamam. H.K.Sanılı. Uşaqlar köhnə yorğanın altına doluşub, nə barədə isə xosunlaşandan...

YATIZDIRILMA (ID - 43053)

“Yatızdırılmaq”dan f.is.

YATIZDIRILMAQ (ID - 43054)

bax yatırdılmaq.

YATIZDIRMA (ID - 43055)

“Yatızdırmaq”dan f.is.

YATIZDIRMAQ (ID - 43056)

bax yatırtmaq.

YATQIN (ID - 43057)

sif Əyilmiş, yatırdılmış, yatıq, yatmış.

YATQINLIQ (ID - 43058)

is. Yatmış şeyin halı.

YATMA (ID - 43059)

“Yatmaq”danf.is. Uşağın başını [Səriyyə xalanın] dizi üstə qoyması ilə yatması bir oldu. M.İbrahimov.

YATMAQ (ID - 43060)

f 1. Yuxu halında olmaq; yuxulamaq. Bərk yatmaq. Uzanıb yatmaq. Yatıb dincini almaq. Yatdığı yerdə (yorğan-döşəkdə, yuxuda olduğu zaman). - Gecəni yatdıq ki, səhər duraq, Məşədi Qulamhüseyn ilə bahəm Naxçıvana gedək. C.Məmmədquluzadə....

YATMALI (ID - 43061)

sif. Yatmaq üçün çox əlverişli, yararlı, münasib, rahat. Əcəb yatmalı yerdir.

YATMIŞ (ID - 43062)

f .sif. Yuxuda olan; yuxulu. Yatmış uşaq. // İs. mənasında. Yatmışları razı deyiləm kimsə oyatsın. M.Ə.Sabir. Gün.. yavaşyavaş qalxıb dağın dalından göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb, bütün yatmışları...

YATMIŞLIQ (ID - 43063)

özünü yatmışlığa qoymaq özünü yatmış, yuxulu kimi göstərmək, özünü yuxuluğa vurmaq. [Məsmə] yorğun olduğu üçün özünü yatmışlığa qoyur, cavab verməyir. S.Hüseyn.

YAVA (ID - 43064)

sif. 1. Pis, xarab, ədəbsiz, həyasız. □ Yava danışmaq (söyləmək) - pis-pis danışmaq, ədəbsiz danışmaq, söyüş söymək. [Hacı Kərim:] Bu nə qələt edir, nəyava danışır. Səni kim bu məclisə çağırdı? M.F.Axundzadə. [Allahqulu:]...

YAVALAMA (ID - 43065)

“Yavalamaq”dan f.is.

YAVALAMAQ (ID - 43066)

f məh. Pisləmək, xarablamaq.

YAVALANMA (ID - 43067)

“Yavalanmaq”dan f.is.

YAVALANMAQ (ID - 43068)

məch. məh. Xarab olmaq, korşalmaq, kəsərdən düşmək. Meydanda, yaman yerdə qılıncım yavalandı; Başdan yaralandım, dedim Allaha təvəkkül. Ə.Nəzmi.

YAVALAŞMA (ID - 43069)

“Yavalaşmaq”dan f.is.

YAVALAŞMAQ (ID - 43070)

f . dan. 1. Pisləşmək, xarablaşmaq.
2. Həyasızlaşmaq, sırtılmaq.

YAVALIQ (ID - 43071)

is. Pislik, heyvərəlik, ədəbsizlik. [Sirat] bəyin ağzının yavalığına bələd idi. Ə.Əbülhəsən.

YAVAN (ID - 43072)

sif. 1. Təkcə çörəkdən ibarət olan; yavanlığı olmayan. Yavan çörək yedi. - Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır. (Ata. sözü). [Surxay:] Al, on üç qəpik, yenə yavan çörək alıb yeyə bilərsən, səni zavoda...

YAVANA (ID - 43073)

zərf Yavan. [Məşədi İbad:] Çörəyi yemərəm mən yavana; Yaxşı demərəm mən yamana. U.Hacıbəyov.

YAVANLIQ (ID - 43074)

is. Çörəklə yeyilən hər şey. imanın satıb əppəyinə yavanlıq eləyib. (Ata. sözü). [Pirverdi:] Srağagün sabah vaxtı.. evdən çıxıb oğlanlarıma .. yavanlıq aparırdım. N. Vəzirov. Körpənin adını Qərib qoydunuz; Yediyi arpadır,...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed