İzahlı lüğət

YATIRTMAQ

icb. 1. Yuxuya vermək, yatmağa məcbur etmək. Xavər bütün günü ağzına çörək dəyməmiş Azadı dilə tutaraq təzəcə yatırtmışdı. M.İbrahimov.
Aşağı əymək, aşağı sallamaq, səmtinə görə əymək, yatıq hala salmaq. Meynəni pəncərə tərəfə yatırdın! - Şiraslan .. üzüyuxarı, qabaran saçlarını, bir anlığa da olsa, dala yatırtdı. S.Rəhimov.
məc. Sakit etmək, hirsini soyutmaq, həyəcanını azaltmaq. [Südabənin anası:] ..Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb şeyxi yatırtdılar. M.İbrahimov. Təsirini azaltmaq. Çay insanın susuzluğunu yaxşı yatırdır.
Fəaliyyətini, işini dayandırmaq; bağlamaq. Min doqquz yüz beşinci ilin yanvar ayında qəzetənin təzə il üçün abunəsi hər yandan şirin gəldiyi bir vaxtda Məhəmmədağa qəzetəni yatırtdı və başladı Bakıya köçməyə hazırlaşmağa. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed