
YATALAQis. tib. Çox yoluxucu bir neçə xəstəliyin ümumi adı; tif. Qarın yatalağı. Səpmə yatalaq. Qayıdan yatalaq. - [Gülcahan:] ..Mirzədadaş bu gün üç gündür yatalaq yatır.. N.Vəzirov. [Əntiqənin] atası qarışıqlıq illərində yatalaqdan ölmüşdü. Mir Cəlal. Feldşerin deməsindən bəlli oldu ki, Qəhrəman yatalaq xəstəliyinə tutulubdur. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|