YAVANsif. 1. Təkcə çörəkdən ibarət olan; yavanlığı olmayan. Yavan çörək yedi. - Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır. (Ata. sözü). [Surxay:] Al, on üç qəpik, yenə yavan çörək alıb yeyə bilərsən, səni zavoda götürüblər? S.Rəhman. // Zərf mənasında. Yavanlıqsız. Çörəyi yavan yemək.
2. Yağlı olmayan, yağsız. Yavan ət. - [Mahmud:] Suyu asdım, di buyur, yenə yavan şorbanı bişir. Ə.Haqverdiyev. məh. Boş, mənasız, şit, duzsuz. Yavan söz. - Sanki Əzizin yavan və duzsuz söhbətinə şəkər qatdılar. Ə.Vəliyev. k.t. məh. Qidalı maddələrdən məhrum (torpaq haqqında). [Miçurin] qəti olaraq öz tingliyini başqa bir yerə - yavan, qumsal torpağı olan səhraya köçürməyi qərara aldı. M. Axundov. Paylaşın - Hamı bilsin
|