YAZLIQ (ID - 43225)is. 1. Yaz vaxtı, yaz çağı. Cənnətin yazlığı, cəhənnəmin payızlığı. (Ata. sözü).
2. Yazda, baharda əkilən, yaxud yazda yetişən. Yazlıq buğda. - [Qarakişi:] Yoxsa biz bostan üçün, yazlıq əkin üçün ayırdığımız sahəyə... |
YAZMA (ID - 43226)1. “Yazmaq”dan f.is.
2. sif Əl ilə yazılmış (basma - çap müqabili). Yazma kitablar. |
YAZMAQ (ID - 43227)f . 1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızmaq. Hərflər yazmaq. Not yazmaq. Mürəkkəblə yazmaq. Karandaşla yazmaq. Təbaşirlə lövhədə yazmaq. - ..Bir para uşaqlarda belə bir pis...
|
YE (ID - 43228)“Y” hərfinin və bu hərflə işarə olunan samitin adı.
|
YEDDİ (ID - 43229)1. say. Altıdan sonra gələn ədədin adı - 7. Yeddidən üç çıxmaq. // Miqdarı yeddi. Yeddi manat. Yeddi nəfər. Yeddi gün.
Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz, yaxşıdır; Yeddi fərsiz oğuldan; Birfərli qız yaxşıdır. (Bayatı).... |
YEDDİARŞINLIQ (ID - 43230)sif Uzunluğu yeddi arşın olan.
|
YEDDİAYLIQ (ID - 43231)sif. 1. Yeddi ay davam edən və ya etmiş. Yeddiaylıq zəhmət. Yeddiaylıq ezamiyyət.
2. Yeddi ay yaşı olan. Yeddiaylıq uşaq. Yeddiaylıq dayça. |
YEDDİBAŞLI (ID - 43232)sif. Yeddi başı (zirvəsi, təpəsi) olan.
|
YEDDİBUCAQLI (ID - 43233)sif. riyaz. Yeddi bucağı olan.
|
YEDDİDƏQİQƏLİK (ID - 43234)sif. Yeddi dəqiqə davam edən və ya etmiş. Yeddidəqiqəlik fasilə.
|
YEDDİDİLLİ (ID - 43235)sif. Yeddi dili olan. Yeddidilli uşaq qarmonu.
|
YEDDİDÜYMƏLİK (ID - 43236)sif. Ölçüsü yeddi düymə olan. Yeddidüyməlik taxta.
|
YEDDİİLLİK (ID - 43237)1. sif. Yeddi il davam edən və ya etmiş. Yeddiillik səyahət. Yeddiillik fəaliyyət. // Yeddiillik bir müddəti nəzərdə tutan. Yeddiillik plan. // Yeddi il müddətində başa gələn. Yeddiillik məktəb. Onun yeddiillik təhsili vardı.
2.... |
YEDDİQARDAŞ (ID - 43238)is. Bir-birinin yanma düzülmüş kimi görünən yeddi kiçik ulduz. Səhər öz taxtına dönəcək indi; Yeddiqardaş belə sönəcək indi. M.Rahim.
|
YEDDİQAT(LI) (ID - 43239)sif. 1. Qatları yeddi olan. Yeddiqat lay.
Yeddimərtəbəli. Yeddiqat evlər. məc. Çox, qalın, çoxqatlı. Yeddiqat paltar geymiş, yenə də üşüyür. |
YEDDİQÜLLƏLİ (ID - 43240)sif. Yeddi qülləsi olan. Yeddiqülləli qala.
|
YEDDİLƏMƏ (ID - 43241)“Yeddiləmək”dən f.is.
|
YEDDİLƏMƏK (ID - 43242)f Yeddiyə çatdırmaq.
|
YEDDİLİK (ID - 43243)sif. Ölçüsü yeddi vahiddən ibarət olan, yaxud yeddi nömrəli. Yeddilik piltə. Yeddilik şüşə. Yeddilik taxta. - Yeddilik lampa işığında arıq bir qızın, heç nə ilə nəzəri cəlb etməyən uzunsov çöhrəsi meydana çıxdı. Ə.Əbülhəsən....
|
YEDDİMETRLİK (ID - 43244)sif. Yeddi metr uzunluğunda olan, uzunluğu yeddi metr olan.
|
YEDDİMƏRTƏBƏ(Lİ) (ID - 43245)sif. Yeddi mərtəbəsi olan, yeddiqat. Yeddimərtəbə ev. Yeddimərtəbə bina.
|
YEDDİNCİ (ID - 43246)“Yeddi”dən sıra sayı. Yeddinci sıra. Yeddinci nömrə. Həftənin yeddinci günü.
[Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə bitirmişdi. M.Hüseyn. |
YEDDİYAŞAR (ID - 43247)sif. Yeddi yaşı olan. Yeddiyaşar at.
|
YEDDİYAŞ(LI) (ID - 43248)sif. Yeddi yaşı olan. Yeddiyaşlı qız.
|
YEDƏK (ID - 43249)is. 1. Heyvanı çəkib arxasınca aparmaq üçün boynuna və ya boyunduruğuna bağlanan ip. inəyi yedəyindən tutub çəkmək.
Hacı Rüstəm gəlib cəddinin payını istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları... |
YEDƏKCİL (ID - 43250)sif. Yedəkdə getməyi sevən (qoşqu heyvanı haqqında).
|
YEDƏKÇİ (ID - 43251)is. 1. Heyvanı yedəyə alan və ya qayığı yedəkdə çəkən adam.
2. Yedək maşınında, traktora qoşulan maşında və s.-də işləyən adam. |
YEDƏKÇİLİK (ID - 43252)is. Yedəkçinin işi, vəzifəsi.
|
YEDƏKLƏMƏ (ID - 43253)“Yedəkləmək”dən f.is.
|
YEDƏKLƏMƏK (ID - 43254)f . 1. İpindən tutub öz arxasınca çəkmək. Atı yedəkləmək. - Bir azdan sonra bəyin də atını yedəkləyib gətirdilər.
M. Hüseyn. Əlindən tutub öz dalınca aparmaq. Üçüncüsü vaxtında müalicə etməyib göz ağrısından... |
YEDƏKLƏNMƏ (ID - 43255)“Yedəklənmək”dən f.is.
|
YEDƏKLƏNMƏK (ID - 43256)məch. 1. Yedəyə alınmaq. // Cilovundan tutulmaq.
2. Bir yerindən tutulub saxlanmaq. |
YEDƏKLƏTMƏ (ID - 43257)“Yedəklətmək”dən f.is.
|
YEDƏKLƏTMƏK (ID - 43258)icb. Yedəyə aldırmaq.
|
YEDƏKLİ (ID - 43259)sif. Bağlı, cilovlu, yedəkdə olan. Yedəkli at.
|
YEDİRİLMƏ (ID - 43260)“Yedirilmək”dən f.is.
|
YEDİRİLMƏK (ID - 43261)məch. Yem, yemək və s. verdirilmək; yedirdilmək.
|
YEDİRMƏ (ID - 43262)“Yedirmək”dən f.is.
|
YEDİRMƏK (ID - 43263)f Bir başqasına yemək vermək, yeməklə təmin etmək. [Qızılquşun] balaları yumurtadan çıxınca ovladığı quşları öldürüb qanını içər, sonra da qanı qusub balalarına yedirər. A.Şaiq. Fəqət bir hal [Murada] çox ağır gəlirdi:...
|
YEDİRTMƏ (ID - 43264)“Yedirtmək”dən f.is.
|
YEDİRTMƏK (ID - 43265)icb. 1. Yeməyə sövq və ya məcbur etmək; yedirmək. Yemək vermək, yem vermək, dən vermək. Heyvanları yedirtmək. Quşları yedirtmək. - Bizim Qızılı özümə alışdırmaq ümidi ilə hər gün nə qədər çörək yedirdimsə, yenə də...
|
YEDİZDİRİLMƏ (ID - 43266)“Yedizdirilmək”dən f.is.
|
YEDİZDİRİLMƏK (ID - 43267)bax yedirilmək.
|
YEDİZDİRMƏ (ID - 43268)“Yedizdirmək”dən f.is.
|
YEDİZDİRMƏK (ID - 43269)bax yedirmək. Nəbi burada Həcərlə dincəlir, onu savaşlardan salamat çıxardan Boz ata tumar verir, arpa əvəzinə kişmiş yedizdirirdi. S.Rəhimov.
|
YEFREYTOR (ID - 43270)[alm. Gefreiter] Sıravi əsgərə verilən birinci hərbi rütbə və bu rütbəni daşıyan şəxs.
|
YEGAH (ID - 43271)is. [fars.] mus. Aşağı oktavanın birinci pilləsi.
|
YEGAN (ID - 43272)is. [fars.] Nərd oyununda - qoşa gələn təklər, cüt birlər.
|
YEGANƏ (ID - 43273)is. [fars.] Bir, bircə, tək, bir, yalnız, vahid. Yeganə övlad. - indi yeganə bir çarə varsa, o da müdara etmək və vaxt qazanmaqdan ibarətdir. M.S.Ordubadi. Oturmağa boş stulumuz olmadığından, qızlarım ayaq üstündə durub, yeganə...
|
YEGANƏLİK (ID - 43274)is. Təklik, vahidlik, ancaq bir olma. Urar ol həm yeganəlikdən dəm; Der ki: aləmdə hər nə var, mənəm. Füzuli.
|
Bu səhifə dəfə baxılıb