
YEGANƏis. [fars.] Bir, bircə, tək, bir, yalnız, vahid. Yeganə övlad. - indi yeganə bir çarə varsa, o da müdara etmək və vaxt qazanmaqdan ibarətdir. M.S.Ordubadi. Oturmağa boş stulumuz olmadığından, qızlarım ayaq üstündə durub, yeganə pəncərəmizə söykənmişdilər. M.Hüseyn. Səmədin yeganə ümidi, istinadgahı Sultan idi. I.Hüseynov.
Paylaşın - Hamı bilsin
|