YEDDİLİKsif. Ölçüsü yeddi vahiddən ibarət olan, yaxud yeddi nömrəli. Yeddilik piltə. Yeddilik şüşə. Yeddilik taxta. - Yeddilik lampa işığında arıq bir qızın, heç nə ilə nəzəri cəlb etməyən uzunsov çöhrəsi meydana çıxdı. Ə.Əbülhəsən. // Yeddi xalı olan. Yeddilik kart. // is. Yeddi xalı olan qumar kağızı. Yeddiliyi at!
Paylaşın - Hamı bilsin
|