İzahlı lüğət

YAXALANMA1 (ID - 42075)

“Yaxalanmaq1’dan f.is. Caninin yaxalanması.

YAXALANMA2 (ID - 42076)

“Yaxalanmaq2”dan f.is. Qab-qaşığın yaxalanması.

YAXALANMAQ1 (ID - 42077)

məch. Ələ keçirilmək, tutulmaq, həbs edilmək, yaxası ələ keçmək. Cinayətkar yaxalandı. - Xain yaxalandı ən nəhayət. H.Cavid. [Şamogili] təqib edən olsaydı, tez yaxalana bilərdilər. S.Rəhimov.

YAXALANMAQ2 (ID - 42078)

məch. Təmiz su ilə yuyulmaq, suya çəkilmək. Qablar yaxalandı.

YAXALAŞMA (ID - 42079)

1. “Yaxalaşmaq”dan f.is.
2. is. Dalaşma, dava. Yaxalaşma başladı.

YAXALAŞMAQ (ID - 42080)

qarş. Bir-birinin yaxasından tutub dalaşmaq.

YAXALATMA1 (ID - 42081)

“Yaxalatmaq1’dan f.is.

YAXALATMA2 (ID - 42082)

“Yaxalatmaq2”dan f.is.

YAXALATMAQ1 (ID - 42083)

icb. Tutdurmaq, həbs etdirmək. [Milyonçular] bu gün bir üsyançını yaxalatdırır, sabahı o biri inqilabçıya tindalı güllə atdırır, birisi gün baş qaldıran kəndi oda-alova tutdururdular. S.Rəhimov.

YAXALATMAQ2 (ID - 42084)

icb. Yaxalama işi gördürmək (bax yaxalamaq2). Qab-qaşığı yaxalatmaq.

YAXALI (ID - 42085)

sif Yaxası olan. Rüstəm bəy - rus intelligent libasında: yəni pidjak, jilet, nişastalı yaxalı köynək, boğazında qalstuk... Məmmədquluzadə.

YAXALIQ (ID - 42086)

1. is. Geyimin, yaxanı, boğazı, döşü örtən hissəsi. Yaxalığının üstündən bağladığı qalstuk bütün döşünü örtəcək qədər enli idi. M.S.Ordubadi.
2. sif. Paltar yaxası üçün yararlı, münasib, kifayət edən. Yaxalıq...

YAXALIQLI (ID - 42087)

YAXALIQSIZ (ID - 42088)

sif. Yaxalığı olmayan. Yaxalıqsız köynək.

YAXANTI (ID - 42089)

is. dan. Yuyulmuş qabın bulanıq, çirkli suyu; qab suyu. Qab yaxantısı.

YAXARMA (ID - 42090)

“Yaxarmaq”dan f.is.

YAXARMAQ (ID - 42091)

f Adətən “yalvarmaq” feli ilə birlikdə işlənərək, israrla yalvarmaq mənasını bildirir. [Qoca kəndli:] Bir xan ki rəiyyəti qaramal kimi qulağından tutub sata, ona nə yalvarmaq, nə yaxarmaq! Ə.Haqverdiyev. Göygözlü oğlunu düşmən...

YAXASIAÇIQ (ID - 42092)

sif. və zərf Döşüaçıq.

YAXASIZ (ID - 42093)

sif. Yaxası olmayan. Yaxasız köynək, bacasız dam olmaz. (Ata. sözü).

YAXDAN (ID - 42094)

is. məh. Üzünə dəri çəkilmiş ağac qutu; sandıqça, mücrü.

YAXDIRILMA1 (ID - 42095)

“Yaxdırılmaq1’dan f.is.

YAXDIRILMA2 (ID - 42096)

“Yaxdırılmaq2”dan f.is.

YAXDIRILMAQ1 (ID - 42097)

məch. Üzərinə sürtdürülmək, çəkdirilmək.

YAXDIRILMAQ2 (ID - 42098)

məch. Yandırılmaq.

YAXDIRMA1 (ID - 42099)

“Yaxdırmaq1’dan f.is.

YAXDIRMA2 (ID - 42100)

“Yaxdırmaq2”dan f.is.

YAXDIRMAQ1 (ID - 42101)

icb. Bir şeyin üzərinə sürtdürmək, çəkdirmək. Dirəyin üzərinə qatran yaxdırmaq.

YAXDIRMAQ2 (ID - 42102)

məch. Yaxmağa, yandırmağa məcbur etmək, başqasına yandırtmaq.

YAXI (ID - 42103)

is. 1. Yağ xüsusiyyətləri olan maddə; yaxıla, sürtülə bilən hər cür maddə; sürtkü. // Sürtülən, yaxılan dərman. Yağ sürtülmüş çörək parçası; yaxmac.
incəs. Fırça ilə yaxılmış nazik rəng qatı.

YAXIB-YANDIRICI (ID - 42104)

sif. 1. Bərk yandıran,
çox isti; qızmar.
2. məc. Qəlbə əzab verən, ürəyi incidən, yandırıb-yaxan, bərk acıdan. Yaxıb-yandırıcı sözlər. - Ruhülqüds mənə yaxıb-yandırıcı bir məktub yazmışdı. M.F.Axundzadə.

YAXIB-YANDIRMA (ID - 42105)

“Yaxıb-yandırmaq”dan f.is.

YAXIB-YANDIRMAQ (ID - 42106)

f. 1. Bərk yandırmaq. Qızmar günəş üz-gözümüzü yaxıbyandırır. - Cəhənnəm alovu kimi insanı yaxıb-yandıran Tehran istisinə dözmək hünərdir. M.İbrahimov.
2. məc. Mənən incitmək, qəlbə əzab vermək, ürəyi incitmək,...

YAXIB-YIXMAQ (ID - 42107)

f. Yandırıb dağıtmaq, məhv etmək. [Nadir bəy:] Həmcinsinə qıymaqdan, yaxıb-yıxmaqdan zövq alanlar, başqasının fəlakətində səadət arayanlar birər adi cəlladdan başqa bir şey deyildir. H.Cavid.

YAXICI1 (ID - 42108)

sif. və is. Bir şeyi yaxan. Yaxıcı alət.

YAXICI2 (ID - 42109)

sif. Yandırıcı, çox isti, çox qızğın; qızmar. Yaxıcı, amansız hərarət [Arazı] gündən-günə mum kimi əridib quru skeletə döndərmişdi. A.Şaiq.

YAXIQ (ID - 42110)

is. Yaxılmış, yanmış yer; yanıq.

YAXILAMA (ID - 42111)

“Yaxılamaq”dan f.is.

YAXILAMAQ (ID - 42112)

f məh. Yaxmaq, sürtmək.

YAXILMA1 (ID - 42113)

“Yaxılmaq1’dan f.is.

YAXILMA2 (ID - 42114)

“Yaxılmaq2”dan f.is.

YAXILMAQ1 (ID - 42115)

məch. Bir şeyin üzərinə sürtülmək, çəkilmək.

YAXILMAQ2 (ID - 42116)

məch. 1. Yandırılmaq.
2. Bax yanıb-yaxılmaq.

YAXIN (ID - 42117)

sif. 1. Məsafə etibarilə çox uzaqda olmayan; yovuq (uzaq qarşılığı). Yaxın çay. Yaxın yer. Evimizə yaxın mağaza. Yaxın aptekdən dərman al. // Zərf mənasında. Yaxın otur. Yaxın gəl. - Keşikçi yaxına gəlcək Telli xanım onun...

YAXINDA (ID - 42118)

zərf 1. Yaxın yerdə, yaxınlıqda, uzaqda olmayaraq. Yaxında bir meşə var. Yaxında toy var. - Bu arada, yaxında dördbeş əl şiddətli tapança atılır. H.Cavid.
Bilavasitə yanaşı; yaxın. Yaxında əyləşin!
Az vaxt sonra, çox keçmədən;...

YAXINDAKI (ID - 42119)

sif. Yaxında olan, qonşuluqda olan; yaxın. Yaxındakı dükandan ət al. Yaxındakı evlər. - Qaçqınlar hamısı yaxındakı şah tutluğa tərəf yüyürdülər. Ə.Vəliyev.

YAXINDAN (ID - 42120)

zərf 1. Yaxın məsafədən, uzaqdan olmayaraq, yaxın yerdən. Yaxından görmək. Yaxından bir səs gəldi. - [Qəhrəman:] Mən heç vaxt xanımı yaxından görməmişdim. H.Nəzərli.
2. Çox yaxın, yaxşı. Yaxından tanış olmaq. Onu yaxından...

YAXINGÖRƏN (ID - 42121)

sif. 1. Gözü uzağı görməyən və ya pis görən.
2. məc. Uzağı, gələcəyi görə bilməyən məhdud adam haqqında.

YAXINLARDA (ID - 42122)

zərf 1. Yaxın yerlərin birində, bu ətrafda (bəzən “bu” sözü ilə). Evimiz bu yaxınlar dadır. O, bu yaxınlarda yaşayır.
2. Bu günlərdə, bir az əvvəl, az müddət əvvəl. Yaxınlarda gəlmişdir. Yaxınlarda dissertasiya müdafiə...

YAXINLAŞDIRILMA (ID - 42123)

“Yaxmlaşdırılmaq”dan f.is.

YAXINLAŞDIRILMAQ (ID - 42124)

məch. Bir şeyə yaxın edilmək, bir şeyin yaxınına gətirilmək (qoyulmaq, çəkilmək); yanaşdırılmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed