YÜKLÜK (ID - 44325)is. Yük yığılan yer, yük yeri. Otaqların müxəlləfatı yüklükdə bir dəst yorğan-döşək, .. çaxmaqlı tüfəng, köhnə xəncərdən ibarətdir. A.Şaiq.
|
YÜKSƏK (ID - 44326)sif. 1. Uca, hündür. Yüksək bina. Yüksək dağ. Yüksək ağac. Yüksək təpə. - Yolun üst tərəfində, yüksək qayaların döşündə şam ağacları görünürdü. S.Şamilov. // Yüksəklərdə olan. Yüksək yer. Yüksək yaylaqlar. Yüksəkdə...
|
YÜKSƏKCƏ (ID - 44327)sif. Bir qədər yüksək; yüksək. [Qızın] yüksəkcə boyu, ağ bənizi, uzaqlarda bir şey arayan dalğın gözləri diqqətimi cəlb etmişdi. S.Hüseyn. // Çox yüksək. Yüksəkcə bir ağac. Yüksəkcə divar.
|
YÜKSƏKGƏRGİNLİKLİ (ID - 44328)sif. elektr. Gərginlik dərəcəsi yüksək olan. Yüksəkgərginlikli cərəyan.
|
YÜKSƏKİXTİSASLI (ID - 44329)sif. Yüksək ixtisas sahibi olan. Yüksəkixtisaslı kadrlar.
|
YÜKSƏKLİK (ID - 44330)is. 1. Hündürlük, ucalıq; yüksək şeyin halı. Dağın yüksəkliyi. Divarın yüksəkliyi. Evin yüksəkliyi iyirmi metrdir. Bu yüksəklikdə ağac görməmişəm.
2. Yer səthindən yüksəkdə olan sahə, yer; dağlıq, təpəlik. Yüksəklikdə... |
YÜKSƏKLİKÖLÇƏN (ID - 44331)yer səthi nöqtələrinin, uçucu aparatların uçuşunun və s.-nin ucalığını) ölçən müxtəlif cihaz və alətlərin ümumi adı.
|
YÜKSƏKMAAŞLI (ID - 44332)sif. Yüksək tariflər üzrə maaş (zəhmət haqqı) alan. Yüksəkmaaşlı vəçifə.
|
YÜKSƏKMƏHSULLU (ID - 44333)sif. Yüksək məhsul
verən, bollu məhsul verən. Yüksəkməhsullu heyvandarlıq. Yüksəkməhsullu mal-qara cinsləri. Yüksəkməhsullu bitkilər. |
YÜKSƏKMOLEKULLU (ID - 44334)yüksəkmolekullu birləşmələr fiz. - molekulları zəncirlər şəklində qurulmuş maddələr.
|
YÜKSƏKVƏZİFƏLİ (ID - 44335)sif. Yüksək vəzifə sahibi olan, yüksək ictimai və ya xidməti mövqe tutan. Yüksəkvəzifəli şəxslər.
|
YÜKSƏKVOLTLU (ID - 44336)sif. elektr. Yüksək elektrik cərəyanına aid olan. Yüksəkvoltlu cihazlar. Yüksəkvoltlu elektrik xətti.
|
YÜKSƏLDİLMƏ (ID - 44337)“Yüksəldilmək”dən f.is. Suyun səviyyəsinin yüksəldilməsi. Əmək məhsuldarlığının yüksəldilməsi.
|
YÜKSƏLDİLMƏK (ID - 44338)məch. 1. Qaldırmaq, ucaldılmaq, daha yüksək, uca edilmək, hündürlüyü artırılmaq.
2. Artırılmaq, gücləndirilmək. // məc. Daha yüksək pilləyə qaldırılmaq, yaxşılaşdırılmaq, təkmilləşdirilmək. |
YÜKSƏLİŞ (ID - 44339)is. 1. İnkişaf prosesində irəliyə, yaxşılaşmağa, mükəmməlləşməyə doğru hərəkət; yüksəlmə, irəliləmə, tərəqqi, inkişaf. Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var. S.Vurğun. Biz yüksəliş...
|
YÜKSƏLMƏ (ID - 44340)“Yüksəlmək”dən f.is.
|
YÜKSƏLMƏK (ID - 44341)f 1. Yüksəyə, yüksəklərə, yuxarı qalxmaq; ucalmaq. Bina xeyli yüksəlmişdir. - Ay xeyli yüksəlmiş, ətrafı yarımkölgəli bir surətdə aydınlatmışdı. S.Hüseyn. Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına....
|
YÜKSƏLTMƏ (ID - 44342)“Yüksəltmək”dən f.is.
|
YÜKSƏLTMƏK (ID - 44343)f . 1. Qaldırmaq, ucaltmaq, daha uca etmək, hündürlüyünü artırmaq. Divarı bir qədər yüksəltmək lazımdır. Suyun səviyyəsini yüksəltmək. Artırmaq, gücləndirmək. İşin sürətini yüksəltmək. Əmək məhsuldarlığını yüksəltmək....
|
YÜKSÜZ (ID - 44344)sif Yükü olmayan; boş. Yüksüz maşın. Yüksüz qatar. // zərf Heç bir yük götürmədən; boş. Maşınlar yüksüz qayıtdılar.
|
YÜKVURMA (ID - 44345)is. Yükləmə işi.
|
YÜNGÜL (ID - 44346)sif. 1. Çəkisi az olan (ağır ziddi). Yüngül yük. Yüngül çamadan. Yüngül daş. □ Yüngül çəkmək - çəkidə aldatmaq, əskik vermək. // Sıx olmayan, nazik. Yüngül parça. // İsti olmayan, qalın olmayan; qızdırmayan. Yüngül...
|
YÜNGÜLCƏ (ID - 44347)1. sif. Bir qədər yüngül; yüngülvari, yüngültəhər. Yüngülcə bir daş. // Çox yüngül.
2. zərf Bir balaca, azacıq, ciddi olmayaraq. Yüngülcə soyuqlamaq. Yüngülcə sancılanmaq. - Bülənd qolundan yüngülcə yaralanmışdır.... |
YÜNGÜLÇƏKİLİ (ID - 44348)sif. Çəkisi yüngül olan, çəkisi az olan, ağır olmayan.
|
YÜNGÜLXASİYYƏT(Lİ) (ID - 44349)bax yüngültəbiət(li).
|
YÜNGÜLXASİYYƏTLİLİK (ID - 44350)bax yüngültəbiətlilik.
|
YÜNGÜLLƏDİLMƏ (ID - 44351)“Yüngüllədilmək”dən f.is.
|
YÜNGÜLLƏDİLMƏK (ID - 44352)məch. Yüngül hala salınmaq.
|
YÜNGÜLLƏŞDİRİCİ (ID - 44353)sif. 1. Yüngülləşdirən, ağırlığını azaldan. Zəhməti yüngülləşdirici şərait.
2. hüq. Yüngüllük verən, şiddətini, təsirini azaltmağa imkan verən. Cəzanı yüngülləşdirici keyfiyyətlər. |
YÜNGÜLLƏŞDİRİLMƏ (ID - 44354)“Yüngülləşdirilmək”dən f.is. Əmək şəraitinin yüngülləşdirilməsi.
|
YÜNGÜLLƏŞDİRİLMƏK (ID - 44355)məch. 1. Ağırlığı, çəkisi azaldılmaq, daha yüngül edilmək.
2. Əziyyəti, çətinliyi, ağırlığı azaldılmaq; asanlaşdırılmaq. // Zəiflədilmək, yumşaldılmaq, azaldılmaq. |
YÜNGÜLLƏŞDİRMƏ (ID - 44356)“Yüngülləşdirmək”dən f.is.
|
YÜNGÜLLƏŞDİRMƏK (ID - 44357)f 1. Zəhmətini, əziyyətini, çətinliyini, ağırlığını azaltmaq; asanlaşdırmaq. Əmək şəraitini yüngülləşdirmək. Yolu yüngülləşdirmək. işini yüngülləşdirmək. Vəziyyətini yüngülləşdirmək. Zəifləşdirmək, yumşaltmaq,...
|
YÜNGÜLLƏŞMƏ (ID - 44358)“Yüngülləşmək”dən f.is.
|
YÜNGÜLLƏŞMƏK (ID - 44359)f . 1. Çəkisi azalmaq, ağırlığını itirmək, yüngül olmaq. Arabanın yükü yüngülləşdi.
Asanlaşmaq, zəhməti, əziyyəti bir qədər azalmaq, işi azalmaq. işi bir qədər yüngülləşmişdir. Əmək şəraiti yüngülləşmişdi.... |
YÜNGÜLLƏTMƏK (ID - 44360)f . Ağırlığını azaltmaq, çəkisini azaltmaq, daha yüngül etmək. Yükünü yüngüllətmək.
|
YÜNGÜLLÜK (ID - 44361)is. 1. “Yüngül”dən mücər. (ağırlıq ziddi). Havanın yüngüllüyü. Paltarın yüngüllüyü. Xasiyyətin yüngüllüyü. Vəzifənin yüngüllüyü.
məc. Yüngül hərəkət, qeyri-ciddilik. □ Yüngüllük etmək - qeyri-ciddi hərəkət... |
YÜNGÜLMƏZAC (ID - 44362)bax yüngültəbiət. Yüngülməcaz adam.
|
YÜNGÜLMƏZACLIQ (ID - 44363)bax yüngültəbiətlilik.
|
YÜNGÜLRAQ (ID - 44364)sif Olduqca yüngül, çox yüngül.
|
YÜNGÜLTƏBİƏT(Lİ) (ID - 44365)sif. Qeyri-ciddi, xasiyyətcə yüngül. Yüngültəbiət adam.
|
YÜNGÜLTƏBİƏTLİLİK (ID - 44366)is. Xasiyyətcə, təbiətcə qeyri-ciddilik, qeyri-ciddi adamın hal və keyfiyyəti.
|
YÜNGÜLVARİ (ID - 44367)sif. 1. Bir qədər yüngül. Əl çamadanı boyda, yüngülvari bağlını əlimə aldım. Mir Cəlal.
2. Çətin olmayan, çox mürəkkəb olmayan, çox zəhmət, bilik, bacarıq tələb etməyən; asantəhər. Yüngülvari bir iş. |
YÜNGÜL-YARAQ (ID - 44368)zərf dan. 1. Lazımi dərəcədə silahlanmamış, hazırlanmamış. Yüngül geyinmiş halda.
məc. Zəif, şiddətsiz, yüngül. Dalğalar, ağ dalğalar; Yüngül-yaraq dalğalar. R.Rza. |
YÜPYÜNGÜL (ID - 44369)sif. Lap yüngül, olduqca yüngül, yox yüngül.
|
YÜRÜK (ID - 44370)is. Çapar, qasid.
|
YÜRÜMƏ (ID - 44371)“Yürümək”dən f.is.
|
YÜRÜMƏK (ID - 44372)bax yerimək. Fəvvarələr atır, axır bulaqlar; Yürüdüyüm yollar parlaq sədəfli. A.Səhhət. Rotşild də başqa zavodların nümayəndələri ilə bərabər yürüməkdə idi. M.S.Ordubadi. Yürüyürkən parovozlar irəli; Daşınır zəhmətimin...
|
YÜRÜŞ (ID - 44373)is. 1. İrəliyə doğru hərəkət; yerimə. Ağır karvan yürüşü ilə dalğalanır insanlar; Həm də qızlar-oğlanlar. S.Vurğun.
2. Hücum, axın, hərbi əməliyyat. Qalanı yürüşlə aldılar. - Qızıl Ordu Böyük Kirəc yolundan qüdrətli... |
YÜRÜŞÇÜ (ID - 44374)is. Yürüşdə iştirak edən adam
(bax yürüş 4-cü mənada). |
Bu səhifə dəfə baxılıb