
YÜNGÜLLÜKis. 1. “Yüngül”dən mücər. (ağırlıq ziddi). Havanın yüngüllüyü. Paltarın yüngüllüyü. Xasiyyətin yüngüllüyü. Vəzifənin yüngüllüyü.
məc. Yüngül hərəkət, qeyri-ciddilik. □ Yüngüllük etmək - qeyri-ciddi hərəkət etmək. məc. Arxayınlıq, rahatlıq hissi; sevinc, fərəh. Mədəd dərhal ürəyində ani bir yüngüllük hiss etdi. S.Rəhimov. Mən bu sözləri dedikcə bir yüngüllük, rahatlıq duyurdum. Mir Cəlal. Kərim özündə bir yüngüllük hiss edərək çıxıb getdi. İ.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|