
YÜNGÜLLƏŞDİRMƏKf 1. Zəhmətini, əziyyətini, çətinliyini, ağırlığını azaltmaq; asanlaşdırmaq. Əmək şəraitini yüngülləşdirmək. Yolu yüngülləşdirmək. işini yüngülləşdirmək. Vəziyyətini yüngülləşdirmək. Zəifləşdirmək, yumşaltmaq, azaltmaq. Dərdini yüngülləşdirmək. Ağrını yüngülləşdirən dərmanlar. - Prokuror da, vəkil də dönə-dönə inad edirdilər ki, doğrusunu aç söylə, [məhkəmə] sənin təqsirini yüngülləşdirər. Mir Cəlal. Təskin etmək, yumşaltmaq. Ürəyini yüngülləşdirmək.
Quruluşunu sadələşdirmək, bəsitləşdirmək. Maşının quruluşunu yüngülləşdirmək. Paylaşın - Hamı bilsin
|