İzahlı lüğət

YEYƏ2 (ID - 43625)

YEYƏCƏK (ID - 43626)

is. Yeməyə yarayan hər şey, yeyinti şeyləri, azuqə, ərzaq məhsulları. Yeyəcək ehtiyacı. Yeyəcək vermək.

YEYƏCƏKSİZ (ID - 43627)

sif. Qidasız, yeməksiz, azuqəsiz, yeyintisiz. Yeyəcəksiz (z.) qalmaq.

YEYƏCƏKSİZLİK (ID - 43628)

is. Yeyəcəyin olmadığı hal; azuqəsizlik.

YEYƏLƏMƏ (ID - 43629)

“Yeyələmək”dən f.is.

YEYƏLƏMƏK (ID - 43630)

f Yeyə ilə yonmaq, sürtüb nazikləşdirmək və ya təmizləmək (metalı). Dəmiri yeyələmək.

YEYƏLƏNMƏ (ID - 43631)

“Yeyələnmək”dən f.is.

YEYƏLƏNMƏK (ID - 43632)

məch. Yeyə ilə yonulmaq, sürtülüb nazikləşdirilmək, təmizlənmək.

YEYƏLƏTMƏ (ID - 43633)

“Yeyələtmək”dən f.is.

YEYƏLƏTMƏK (ID - 43634)

icb. Yeyə ilə yondurmaq, yeyə ilə sürtdürüb nazikləşdirmək, təmizlətmək. Açarı bir qədər yeyələtmək lazımdır.

YEYİB-İÇMƏ (ID - 43635)

“Yeyib-içmək”dən f.is.

YEYİB-İÇMƏK (ID - 43636)

f. 1. Qidalanmaq, yaşamaq üçün qida qəbul etmək. [Hacı Murad:] Öz yeyib-içməyiniz az idi, bunlar da artdı. S.S.Axundov. [Şeyda:] ..Böylə heyvancasına yeyib-içmək, çalışıb-çapalamaq neçin?! H.Cavid. [Gülsənəm] axır vaxtlar nə...

YEYİB-YATMAQ (ID - 43637)

f. Heç bir işlə məşğul olmamaq, tüfeyli həyat keçirmək. [Əsgər:] Yaxşı, indi bu sağ və salamat cavan bəs neyləsin, elə yeyib-yatsın?! U.Hacıbəyov.

YEYİCİ (ID - 43638)

is. və sif. 1. Yeyən, qidalanan, yemək alan. Yeyicilərin sayı.
Bax yeyimcil.
Kimyəvi cəhətdən pis təsir edən; pozucu, dağıdıcı. Yeyici maddə. Yeyici turşular. - Gildə qumun miqdarı artdıqca, onun özlülüyü və plastikliyi...

YEYİCİL (ID - 43639)

bax yeyimcil.

YEYİCİLİK (ID - 43640)

is. 1. Qarınqululuq, yeyimcillik.
2. Kimyəvi cəhətdən pis təsir etmə, pozuculuq, dağıdıcılıq xassəsi. Turşuların yeyiciliyi.

YEYİLMƏ1 (ID - 43641)

“Yeyilmək”dən f.is.

YEYİLMƏ2 (ID - 43642)

is. məh. Ən çox üzə çıxan pis yara, dəri vərəmi, qurdöşənəyi.

YEYİLMƏK (ID - 43643)

məch. 1. Ağızda çeynəyib udulmaq, mədəyə ötürülmək. Çörək yeyilmək. Xörək yeyilmək. Yemək yeyilmək. - Mirzənin atasının evində nahar yeyilirdi. Ə.Haqverdiyev. Yeməyə sərf edilmək; işlədilmək. Evimizdə çox şəkər yeyilir.
Xarici...

YEYİM (ID - 43644)

bax yeyimlik.

YEYİMCİL (ID - 43645)

sif. Çox yeyən, yeməyi çox sevən, qarınqulu. Yeyimcil adam.

YEYİMCİLLİK (ID - 43646)

is. Yeyimcil adamın hal və keyfiyyəti.

YEYİMLİ (ID - 43647)

sif. Yaxşı yeyən, yeməyi yaxşı olan yeyimli adam.

YEYİMLİK (ID - 43648)

is. Bir dəfə yeməyə çatan miqdar. Bir yeyimlik çörəyimiz qalıb.

YEYİN (ID - 43649)

sif. Tez, cəld, iti, sürətli, itigedən. Yeyin at özünə qamçı vurdurmaz. (Ata. sözü). // Zərf mənasında. Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib, kətdilərin yanına gəlib, salam...

YEYİNLƏMƏ (ID - 43650)

“Yeyinləmək”dən f.is.

YEYİNLƏMƏK (ID - 43651)

f İti (tez, cəld, sürətli) addımla yerimək, addımlarını sürətləndirmək. Qoca daha da yeyinlədi. Baxdı ki, yox, bu dəfə səs lap qulağının dibindən gəlir. (Nağıl). Səlim gələn tərəfdən dalbadal üç güllə atıldı. Kəşfiyyatçılar...

YEYİNLƏŞDİRİLMƏ (ID - 43652)

“Yeyinləşdirilmək”dən f.is.

YEYİNLƏŞDİRİLMƏK (ID - 43653)

məch. Sürəti artırılmaq, daha da sürətləndirilmək, cəldləşdirilmək.

YEYİNLƏŞDİRMƏ (ID - 43654)

“Yeyinləşdirmək”dən f.is.

YEYİNLƏŞDİRMƏK (ID - 43655)

f. Daha da sürətləndirmək, sürətini artırmaq; yeyinlətmək. Xanpəri addımlarını yeyinləşdirdi. Ə.Vəliyev.

YEYİNLƏŞMƏ (ID - 43656)

“Yeyinləşmək”dən f.is.

YEYİNLƏŞMƏK (ID - 43657)

f . Sürətlə gəlmək, yerimək, yeyin-yeyin irəliləmək. Ağqanadlı göy ləpələr hürkmüş ördəklər kimi süzərək quruya doğru yeyinləşir. Mir Cəlal.

YEYİNLƏTMƏ (ID - 43658)

“Yeyinlətmək”dən f.is.

YEYİNLƏTMƏK (ID - 43659)

f . Sürətini artırmaq, daha da sürətləndirmək, cəldləşdirmək. Birdən Qərənfil addımlarını yeyinlətdi. M.Hüseyn.

YEYİNLİK (ID - 43660)

YEYİNTİ (ID - 43661)

is. 1. Yeməyə yarayan şeylər, yemək şeyləri, azuqə, yeyəcək şey. [Molla Zaman:] Dur, arvad, gör bu corabları üçdörd manata sata bilərsənmi? Bir az yeyinti al, gətir. Ə.Haqverdiyev. □ Yeyinti məhsulları - yemək üçün hasil edilən...

YEYİTMƏ (ID - 43662)

bax yeyilmə2. Tənbəllikyeyitmə azarı kimi bir şeydir. Ə.Sadıq.

YEYRƏK (ID - 43663)

“Yey”dən üst. dər. qəd. Daha eyi, daha yaxşı, daha gözəl. Bağiban, gər meyl qılmam sərvinə, məzur tut; Sərvdən yeyrək gəlir ol qaməti-mövzun mana. Füzuli.

YEZDAN (ID - 43664)

is. [fars.] klas. Yaradan, Allah, Tanrı. Mən bülbüləm, gülşən olur məkanım; Açılmamış soldu gülü gülşanım; Bəxti qara yazan günü yezdanım; Qələm alıb yazan yerdir bu yerlər. Aşıq Bülbül. Məni sənə qismət eyləmiş yezdan;...

YEZİD (ID - 43665)

[ər. xüs. is.-dən] Zalım, qəddar, insafsız, əzazil (bəzən söyüş məqamında). Bu yezid oğlu yezid gərək elə mənim eşşəyimi gəlib aparaydı ki, başıma bu qədər qalmaqal gəlsin? C.Məmmədquluzadə.

YEZİDİ1 (ID - 43666)

is. [ər.] İraqın Mosul tərəflərində yayılmış bir məzhəb və bu məzhəbə mənsub adam.

YEZİDİ2 (ID - 43667)

sif [xüs. is.-dən] köhn. Qırmızı. □ Yezidi qırmızı - tünd-qırmızı. Yezidi qırmızı parça.

YEZİDLİK (ID - 43668)

is. [xüs. is. -dən] Zalımlıq, qəddarlıq, insafsızlıq, pislik.

YEZNƏ (ID - 43669)

is. 1. Bacının əri. Onunçun da, doğrusu, yeznəmə yazığım gəldi və bu səbəbdən qoltuq cibimdən dəftərçəni çıxartdım və uzatdım yeznəmə tərəf. C.Məmmədquluzadə.
2. Kürəkən. Ay yeznə, ürək yeznə; Enlicə kürək...

YEZUIT (ID - 43670)

[lat. Yesus] 1. Katolik dininin ən mürtəce və qəddar təşkilatlarından biri olan “İsa cəmiyyəti” adlı cəmiyyət üzvü.
2. məc. Hər cür xəyanət və rəzalətə hazır olan çox məkrli, ikiüzlü adam haqqında.

YEZUITLIK (ID - 43671)

is. İkiüzlülük, riyakarlıq, öz məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməmə.

YƏD (ID - 43672)

is. [ər.] klas. Əl. □ Yədi-beyza - əsatirə görə Musa peyğəmbərin möcüzə göstərən əlinə işarə olan bu ifadə klassik ədəbiyyatda və folklorda fövqəladə məharət, bacarıq, hünər, qabiliyyət mənasında işlənmişdir. Dəsturovun...

YƏĞMA (ID - 43673)

YƏHƏR (ID - 43674)

is. 1. Üstündə oturmaq üçün qayışlarla atın belinə bağlanan oturacaq. [Doktor:] Atı yəhərin altında yox, qoşquda görməyi daha da artıq xoşluyuram. C.Məmmədquluzadə. // Velosiped oturacağı. □ Yəhər qaşı yəhərin dal və...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed