İzahlı lüğət

YARIMMÜDAFİƏÇİ (ID - 42725)

is. idm. İdman oyunlarında (futbol, xokkey və s.) komandanın müdafiə və hücumuna yardım edən oyunçusu.

YARIMMÜSTƏMLƏKƏ (ID - 42726)

is. Zahirən müstəqil, iqtisadi və siyasi cəhətdən isə hər hansı bir imperialist dövlətdən asılı olan ölkə. // Sif. mənasında. Yarımmüstəmləkə ölkələr.

YARIMNƏFƏS (ID - 42727)

sif. və zərf Həddən artıq yorğun (halda).

YARIMNÖV (ID - 42728)

is. xüs. Heyvan və bitki sistematikasında növlərin bölgüsündən biri.

YARIMOX (ID - 42729)

is. tex. Qismən ox şəklində olan cihaz və s.

YARIMORTA (ID - 42730)

sif. idm. İdmançıların çəki dərəcələrindən biri.

YARIMOYAQ (ID - 42731)

sif. Tam oyaq olmayan; yarıyuxulu. Yarımoyaq gözətçilər, dəri kürkdə arabir; Dükanların, bazarların qapısında gərnəşir. H.Hüseynzadə.

YARIMPALTO (ID - 42732)

is. Qısa palto. [Kamalın] əynində ağır yarımpalto, ayaqlarında isə həddindən böyük bir kobud uzunboğaz çəkmə vardı. C.Cabbarlı.

YARIMPEŞMAN (ID - 42733)

zərf Bir qədər peşman halda, çox da peşman olmayan. Pası arvad.. yarımpeşman bir tərzdə başını aşağı salaraq: - Ayaqyalın Safo ilə gümüşdəstə xəncər bir yerdə yola getmir. S.Rəhimov.

YARIMPƏRDƏ (ID - 42734)

is. Qısa pərdə. Qız evində qıza cehiz üçün yarımpərdələr və taxçalara, noğuldanlara, buxarıya əlvan pərdələr tikəcəklər. R.Əfəndiyev.

YARIMPƏRT (ID - 42735)

zərf Azacıq pərt, bir qədər pərtləşmiş halda. Yarımpərt getdi.

YARIMPROLETAR (ID - 42736)

is. Muzd ilə kapitalist müəssisəsində işləyən, lakin təsərrüfatı ilə də hələ əlaqəsini kəsməmiş, tamamilə proletarlaşmamış adam. // Sif. mənasında. Yarımproletar kəndlilər.

YARIMRÜTUBƏTLİ (ID - 42737)

sif. Çox rütubətli olmayan, bir qədər rütubətli. Yarımrütubətli anbar.

YARIMSAİT (ID - 42738)

sif. dilç. Başqa saitlə birlikdə bir heca əmələ gətirən sait (səs). Rus dilində “i” (H) yarımsaiti.

YARIMSAQQAL (ID - 42739)

bax bakenbard.

YARIMSAVADLI (ID - 42740)

sif. Lazımınca oxuyubyaza bilməyən, savadı olmayan; savadlı, kəmsavad. Yarımsavadlı kənd.

YARIMSƏHRA (ID - 42741)

sif. Tamamilə bitkisiz deyil, kolluqları olan coğrafi zona. Püstə meşələri qədim keçmişdə Azərbaycanın quru yarımsəhra rayonlarında daha geniş yayılmışdı. M.Qaşqay.

YARIMSƏRXOŞ (ID - 42742)

bax yarımkefli. [Qonaqlar] tamamilə keflənməmişdilərsə də, yarımsərxoş bir halda bulunurdular. S.Hüseyn.

YARIMSƏRLÖVHƏ (ID - 42743)

is. Birinci, əsas sərlövhənin altında olan əlavə, ikinci sərlövhə.

YARIMSTANSİYA (ID - 42744)

is. 1. Kiçik dəmiryol stansiyası.
2. Mərkəzi elektrik stansiyasından gələn elektrik enerjisinin gərginliyini, cərəyanın növünü dəyişdirən və nizama salıb paylaşdıran texniki qurğular sistemi.

YARIMŞALBAN (ID - 42745)

is. Yarı bölünmüş şalban, şalbanın yarısı.

YARIMŞƏFFAF (ID - 42746)

sif. Tamamilə şəffaf olmayan, bir qədər şəffaf. Yarımşəffaf şüşə. Yarımşəffaf parça. Yarımşəffaf duman.

YARIMTƏHSİL (ID - 42747)

is. Tamamlanmamış təhsil, yarımçıq təhsil. [Əmiraslan ağa:] Bəs sənin istədiyin o idi ki, Cahangir ağa yarımtəhsildə qalsın? S.S.Axundov.

YARIMTƏMİZLƏNMİŞ (ID - 42748)

f sif Qismən təmizlənmiş, bir qədər təmizlənmiş, tam təmizlənməmiş, qatışığı qalmış. Yarımtəmizlənmiş düyü.

YARIMTON (ID - 42749)

is. 1. mus. İki qonşu səs arasında ən qısa interval, səsin ən az qalxması və ya enməsi.
2. rəss. Açıq ton ilə tutqun ton arasını təşkil edən aralıq rəng, boya.

YARIMTONLUQ (ID - 42750)

sif. Yarım ton (500 kiloqram) ağırlığında olan. Yarımtonluq yük. // Yarım ton tutan, yarım ton ağırlıq qaldıran. Yarımtonluq yük maşını. Yarımtonluq kran.

YARIMUÇUQ (ID - 42751)

sif. Tamamilə uçulub dağılmamış, qismən uçulmuş. Yarımuçuq ev. Yarımuçuq divar.

YARIMUSTA (ID - 42752)

is. dan. İxtisasa tam yiyələnməmiş, hələ tamamilə usta olmamış adam.

YARIMVƏHŞİ (ID - 42753)

sif. Lazımınca mədəni olmamış, vəhşi kimi. Yarımvəhşi xalq.

YARIMYETİŞMİŞ (ID - 42754)

bax yarıyetişmiş.

YARIMYUN (ID - 42755)

sif. Yarısı yun və yarısı pambıqdan və ya süni iplikdən olan (toxunmuş). Yarımyun parça. Yarımyun jaket.

YARIMYUVARLAQ (ID - 42756)

sif. Tam yuvarlaq olmayan, bir qədər yuvarlaq olan.

YARIMYÜNGÜL (ID - 42757)

sif. idm. İdmançıların çəki dərəcələrindən biri. Yarımyüngül çəkili güləşçi.

YARIMZƏRİF (ID - 42758)

sif. Tam zərif olmayan, bir az qaba olan. Yarımzərif yunlu qoyun cinsi.

YARIMZİRZƏMİ (ID - 42759)

is. Evin qismən yer altında olan alt mərtəbəsi; zirzəmiyə oxşayan yer.

YARIN (ID - 42760)

is. [türk.] kit. Sabah, gələcək gün. Bütün arzularım gülür yarına; Xəyaldan ilhamlar almamaq üçün. S.Vurğun. Mübarizə bu gün də var; yarın da; Mən də onun ən ön sıralarında. R.Rza. // Gələcək. Kim bilir, yarın bu pirin...

YARINMA (ID - 42761)

“Yarınmaq”dan f.is.

YARINMAQ (ID - 42762)

f 1. Yaltaqlıq etmək.
2. Özünü bəyəndirməyə çalışmaq.

YARINTI (ID - 42763)

is. Yarılan (çatlayan) yer; yarıq, çatlaq. [Toğrul:] Sədd yarıntı verər, suyun qabağını saxlamaq olmaz. C.Cabbarlı.

YARIOYAQ (ID - 42764)

zərf Tamamilə yuxulu olmayan, yarıyuxululuq ilə oyaqlıq arasında. Yarıoyaq halda cavab verdi.

YARIOYAQLIQ (ID - 42765)

is. Yuxululuq ilə oyaqlıq arasındakı hal.

YARIÖRTÜLÜ (ID - 42766)

sif. Tamam örtülməmiş, bir hissəsi örtülü, axıra qədər örtülməmiş. Yarıörtülü baş. Yarıörtülü dam. Yarıörtülü pəncərə. Yarıörtülü sifət. Yarıörtülü gözlər.

YARIPARÇALANMIŞ (ID - 42767)

sif. Tamam parçalanmamış, qismən parçalanmış.

YARIPEŞMAN (ID - 42768)

bax yarıpeşman. Həsən kişi üzündə nə isə yarıpeşman bir ifadə ilə geri döndü. M.İbrahimov.

YARISƏRXOŞ (ID - 42769)

bax yarımsərxoş. Gülnaz dəhlizdə yarısərxoş halda salondan çıxan ərbablarla üz-üzə gəldi. M.İbrahimov.

YARIŞ (ID - 42770)

is. Bir işdə üstün gəlmək, birinciliyi qazanmaq üçün bir-birini keçməyə çalışma. Nəcəflə yarışda da söz yox ki, Qaraş çalışırdı qalib çıxsın. M.İbrahimov. // İdmanın hər hansı bir növü üzrə birinciliyi qazanmaq...

YARIŞÇI (ID - 42771)

is. Yarışda iştirak edən, yarış iştirakçısı.

YARIŞMA (ID - 42772)

“Yarışmaq”dan f.is.

YARIŞMAQ (ID - 42773)

f Bir işdə birinciliyi qazanmağa, bir-birini ötməyə çalışmaq. işləməkdə yarışmaq. Qaçışda yarışmaq. - Uşaqlar da səs salaraq, iri və dolu salxım gəldikcə zənbilləri tez doldurur, sevinir və yarışırdılar. Mir Cəlal.

YARITMA (ID - 42774)

“Yarıtmaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed