
YARINis. [türk.] kit. Sabah, gələcək gün. Bütün arzularım gülür yarına; Xəyaldan ilhamlar almamaq üçün. S.Vurğun. Mübarizə bu gün də var; yarın da; Mən də onun ən ön sıralarında. R.Rza. // Gələcək. Kim bilir, yarın bu pirin böyük daşı şəhərin hansı ehtiyacına sərf ediləcəkdi. S.Hüseyn. Müjdə verdin bizlərə gözlənilən yarından. M.Rahim.
Paylaşın - Hamı bilsin
|