İzahlı lüğət

YANSIZ (ID - 42425)

sif. Yanı olmayan.

YANSİNİRLİLƏR (ID - 42426)

is. zool. Molyusklar tipinin ən primitiv qrupunu təşkil edən ilbizlər.

YANŞAQ (ID - 42427)

sif. dan. 1. Çoxdanışan, zəvzək, uzunçu. Çox yanşaq adamdır. □ Yanşaqlıq etmək (eləmək) - həddən artıq çox danışmaq, zəvzəklik etmək, uzunçuluq etmək. // Çox hürən; hürəyən. [Pəri Cadu:] hələ burada oturub bir üç...

YANŞAQLIQ (ID - 42428)

is. dan. Çox danışmaq xasiyyəti; naqqallıq, zəvzəklik, uzunçuluq. Naşad sərxoşlara məxsus bir yanşaqlıqla (z.) danışıb gedəcəkdi. S.Hüseyn. □ Yanşaqlıq eləmək (etmək) - çox danışmaq, naqqallıq etmək, zəvzəmək, uzunçuluq...

YANŞAMA (ID - 42429)

“Yanşamaq”dan f.is.

YANŞAMAQ (ID - 42430)

f dan. Həddindən artıq çox danışmaq, zəvzəklik etmək, uzunçuluq etmək. Ağa bəy Zeynalın qoluna girdi: - Yaxşı, yanşadın bəsdi, gedək Büləndgilin yanına. Ə.Əbülhəsən.

YANŞATMAQ (ID - 42431)

icb. Yanşatmağa, danışmağa məcbur etmək; söylətmək, danışdırmaq. [Fatma xala:] Yenə soruşdun: kimi? Məni yanşatmaqdan, deyəsən, balam, xoşun gəlir. Ə.Əbülhəsən.

YANTAY (ID - 42432)

is. dan. Yağışdan, gündən qorunmaq üçün dirəklər üzərində düzəldilən dam; talvar. Yağışdan yantayın altına sığınmış kolxozçular Poladı görən kimi səslərini bir az da bərkdən çıxarmağa başladılar. S.Rəhman.

YANTÖVRÜ (ID - 42433)

zərf Yanakı, yan-yanı. Baş aqronom yantövrü qapıya baxdı... Mir Cəlal.

YANÜZƏNLƏR (ID - 42434)

is. zool. Xərçəngkimilərin şirin sularda yaşayan ən ali və böyük dəstəsi.

YANVAR (ID - 42435)

[lat. Januarius] Təqvim ilinin birinci ayı. Şiddətli yanvar şaxtası kəsibtökürdü. Mir Cəlal.

YANYAXA (ID - 42436)

sif Yaxası yan tərəfdə olan. Yanyaxa köynək.

YAN-YAN (ID - 42437)

yan-yan baxmaq - nifrətlə yuxarıdan-aşağıya, əyri-əyri baxmaq; saymazyana, ikrahla baxmaq. Qoçular, quldurlar qatar taxardı; Fağır-füqəraya yan-yan baxardı. Aşıq Ələsgər.

YAN-YANA (ID - 42438)

zərf Yanaşı olaraq, bir-birinin yanında, bir-birinin yanınca. Yan-yana oturmaq. Yan-yana durmaq. Yan-yana qoymaq.
Düzülmüş yan-yana daşlı təpələr; Qurulmuş keçilməz təbii səngər.. H.K.Sanılı. Cəfər:
iki dənə yan-yana nömrə...

YAN-YANAŞA (ID - 42439)

bax yan-yana. [Cəmilə və Mirzağa] ahəstə addımlarla yan-yanaşa olaraq mədənlərin arası ilə uzanıb gedən şose ilə gedirdilər. S.Hüseyn.

YAN-YANCAQ (ID - 42440)

YAN-YANI (ID - 42441)

zərf Yan tərəfi ilə, yanı üstə, yaxud bir yanını irəli verərək. Göyərçin bir yanı üstə çevrildi, yan-yanı bir qədər uçub çayın ortasına düşdü. M.Rzaquluzadə.

YAN-YÖRƏ (ID - 42442)

is. Ətraf, ətraf sahə, həndəvər, yaxınlıq, yan. Yan-yörəyə baxmaq (göz gəzdirmək). - Yan-yörəmdən gəlib-gedən çox idi; Mənə amma kömək edən yox idi. A.Səhhət. ikram Qaratelin gözünə sataşmamaq üçün gözlərini yan-yörəsinə...

YAPAĞ(I) (ID - 42443)

məh. 1. is. Yazda qırxılan qoyun yunu.
2. sif. Yapıxmış. Qışda bu atların tükləri bir qarışdan da artıq saçaqlanar, sonra da yanağı bir yapıncı kimi üstlərinə yapışardı. S.Rəhimov.

YAPALAQ (ID - 42444)

is. 1. Bayquşlar dəstəsindən yırtıcı gecəquşu. Laçın seydgahə qılanda güzar; ilim-ilim itər bayquş, yapalaq. Q.Zakir. Fəqət az-az yapalaq, qarğalar edir qır-qır; Qonubdu çöldəki cəmdəklər üstünə dağıdır. Səhhət.
2....

YAPAYALNIZ (ID - 42445)

bax yapyalmz. [Qız] atasından acıq edib evlərindən çıxmış, kiçik bir otaqda yapayalnız yaşayır. A.Şaiq.

YAPDIRILMA (ID - 42446)

“Yapdırılmaq”dan f.is.

YAPDIRILMAQ (ID - 42447)

məch. 1. Bişmək üçün təndirin divarına yapışdırılmaq. Çörək yapdırılmaq.
2. Etdirilmək, düzəltdirilmək. // Qayıtdırılmaq, düzəltdirilmək.

YAPDIRMA (ID - 42448)

“Yapdırmaq”dan f.is.

YAPDIRMAQ (ID - 42449)

icb. 1. Bişmək üçün təndirin divarlarına yapışdırtmaq. Çörək yapdırmaq.
2. Etdirmək, etməyə məcbur etmək. Xədicə hər istədiyini yapdırmağa adət etmiş, ərköyün böyümüş bir qızdı. S.Hüseyn. // Qayıtdırmaq, düzəltdirmək....

YAPI (ID - 42450)

is. kit. Bina, tikinti. // məc. Təməl, bünövrə mənasında. Gözəl ölkəm! Sən gözəlsən, gözəlsən öz əməlində; Zəncirlərdən azad olan bir dünyanın yapısısan. S.Vurğun.

YAPIXMA (ID - 42451)

“Yapıxmaq”dan f.is.

YAPIXMAQ (ID - 42452)

f Elastikliyini, yumşaqlığını, diriliyini itirərək yapışan kimi olmaq, basılıbsıxılmış kimi olmaq; yatmaq. Keçə kimi yapıxmaq. Döşəyin yunu yapıxıb.

YAPIXMIŞ (ID - 42453)

f sif Yapışan kimi olmuş, yatmış, bir-birinə yapışmış; yatıq. Əzilib yapıxmış küləş [Tapdığın] ayaqları altında xışıldayırdı. Ə.Əbülhəsən.

YAPIQ (ID - 42454)

sif. İşlənməkdən yaprıxmış.

YAPIQMAQ (ID - 42455)

bax yapıxmaq.

YAPILMA (ID - 42456)

1. “Yapılmaq”danf.is.
2. sif. Qayrılma, qayrılmış, tikilmiş, düzəldilmiş. [Ərən:] Kənarda palçıqdan yapılma bir büt var idi. Çəmənzəminli. [Cəmilə:] [Mirzağanı] tənəkdən yapılma xüsusi bir tüfürük və papiros kötüyü...

YAPILMAQ (ID - 42457)

məch. 1. Bişmək üçün təndirin divarına yapışdırılmaq. Təndirə çörək yapılmaq. - Bu dəfə on pud unun çörəyi gərək yapılaydı. C.Məmmədquluzadə.
2. Qayrılmaq, düzəldilmək, tikilmək.

YAPILMIŞ (ID - 42458)

f sif 1. Bişmək üçün təndirin divarına yapışdırılmış (çörək).
2. Qayrılmış, düzəldilmiş, tikilmiş, qurulmuş. Böyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, .. ağ daşdan yapılmış bina çaparların mənzili...

YAPINCI (ID - 42459)

is. Basılmış keçi yunundan (keçədən) hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim. [Qurbanəli:] Bir-iki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. N.Vəzirov. [Həmzə] bərk-bərk yapıncısına bürünmüşdü. Ə.Əbülhəsən....

YAPINCILI (ID - 42460)

sif. Əynində yapıncı olan. Faytondan iki nəfər yapıncılı adam düşdü. M.Hüseyn. Deyəsən, gələn yapıncılı idi. Mir Cəlal.

YAPINCILIQ (ID - 42461)

sif. Yapıncı üçün yarayan. Yapıncılıq keçə.

YAPIRTMA (ID - 42462)

“Yapırtmaq”dan f.is.

YAPIRTMAQ (ID - 42463)

f Qulaqlarını boynuna yapışdırmaq. At qulaqlarını yapırdıb üstümə yüyürdü.

YAPIŞAN (ID - 42464)

sif. 1. Bir şeyə toxunduqda ondan qopmayan, ayrılmayan, yapışqan xassəsinə malik olan.
2. məc. Ürəyəyatan, xoşagələn. Yapışan söz deyil.

YAPIŞDIRICI (ID - 42465)

sif. Yapışdırma xassəsi olan, bir-birinə yapışdıran. Yapışdırıcı maddələr.

YAPIŞDIRILMA (ID - 42466)

“Yapışdırılmaq”dan f.is.

YAPIŞDIRILMAQ (ID - 42467)

məch. Yapışqan (və s.) ilə bitişdirilmək. Divarlara elanlar yapışdırılmışdır.

YAPIŞDIRILMIŞ (ID - 42468)

f sif Yapışqan (və s.) ilə bitişdirilmiş. Yapışdırılmış kağız.

YAPIŞDIRMA (ID - 42469)

“Yapışdırmaq”dan f.is.

YAPIŞDIRMAQ (ID - 42470)

f . 1. Yapışqanla və ya başqa yapışdırıcı maddə ilə bir şeyi başqa bir şeylə bitişdirmək. Məktuba marka yapışdırmaq. Divarlara elan yapışdırmaq. Cırılmış səhifələri yapışdırmaq. Taxtaları yapışqanla birbirinə yapışdırmaq....

YAPIŞDIRTMA (ID - 42471)

“Yapışdırtmaq”dan f.is.

YAPIŞDIRTMAQ (ID - 42472)

icb. Başqası vasitəsilə yapışdırmaq; calatmaq.

YAPIŞICI (ID - 42473)

sif. Yapışmaq xassəsi olan; yapışqan. Yapışıcı maddə.

YAPIŞIQ (ID - 42474)

sif. 1. Bir-birinə yapışmış, bitişmiş. Ətə yapışıq dəri. Bir-birinə yapışıq kağız. Sıx yaxınlaşdırılmış, lap yapışdırılmış; yanaşı, qonşu. Məktəbə yapışıq klub binası. Bir-birinə yapışıq divarlar. Qaraj evə...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed