
YAN-YÖRƏis. Ətraf, ətraf sahə, həndəvər, yaxınlıq, yan. Yan-yörəyə baxmaq (göz gəzdirmək). - Yan-yörəmdən gəlib-gedən çox idi; Mənə amma kömək edən yox idi. A.Səhhət. ikram Qaratelin gözünə sataşmamaq üçün gözlərini yan-yörəsinə dolandırırdı. Ə.Əbülhəsən. // Ətrafında olanlar. [Mollabacı Hürzada:] Paxıllıqdan qudurmuş itə dönüb yanyörəni dalayırsan. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|