
YAPALAQis. 1. Bayquşlar dəstəsindən yırtıcı gecəquşu. Laçın seydgahə qılanda güzar; ilim-ilim itər bayquş, yapalaq. Q.Zakir. Fəqət az-az yapalaq, qarğalar edir qır-qır; Qonubdu çöldəki cəmdəklər üstünə dağıdır. Səhhət.
2. məc. Qorxaqlıq, acizlik simvolu kimi işlənir. iddiası tərlan, özü yapalaq. (Ata. sözü). [Aslan bəy:] Adın Laçın bəy, özün yapalaqdan aciz. N.Vəzirov. Gündüzlər hünərli görünən qazaq; Qaranlıq düşəndə olur yapalaq.. H.K.Sanılı. Paylaşın - Hamı bilsin
|