YARAQLATMAQ (ID - 42525)f . Yaraqla, silahla təchiz etmək.
|
YARAQLI (ID - 42526)sif. köh. Silahlı. [Ömər] çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstü yaraqlı içəri daxil olur və sevinir. N.Nərimanov. Telinin ucunu qaşına tökmüş, qarayağız, qırmızı yanaqlı, yaraqlı Qədirdən şübhələnmişdi....
|
YARAQLI-YASAQLI (ID - 42527)sif. və zərf köhn. Yaxşıca silahlanmış, cürbəcür silahlarla silahlanmış. Bir də baxdı ki, budur, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. “Koroğlu” . Dəmirçi Əhməd oğlunu yaraqlı-yasaqlı görüb dedi.. (Nağıl). [Məclisi...
|
YARAQSIZ (ID - 42528)sif. və zərf Silahsız. Şərifzadə yaraqsız gəldiyindən, yolu kəsənlərin əmrinə tabe olub faytondan yerə düşdü.. M.Hüseyn.
|
YARAQSIZLIQ (ID - 42529)is. Silahsızlıq.
|
YARAQ-YASAQ (ID - 42530)köhn. bax yaraq 1-ci mənada. [Ağsaqqal kişi:] Yaraq-yasağını yüklərdə gizlət. Mir Cəlal.
|
YARALAMA (ID - 42531)“Yaralamaq”dan f.is.
|
YARALAMAQ (ID - 42532)f 1. Silah və s. ilə yara vurmaq, yara açmaq; zədələmək. Əlini yaralamaq. - Marala bax, marala; Vur, ox ilə yarala; Dərd verən dərman versin; Dərdim düşsün qarala. (Bayatı). Qeyrətdən keçəndə, su üstündə yay fəsli hər bir müsəlman...
|
YARALANDIRMA (ID - 42533)“Yaralandırmaq”danf.is.
|
YARALANDIRMAQ (ID - 42534)icb. Başqasının əli ilə yaralamaq, yara vurdurmaq, yaralanmasına səbəb olmaq.
|
YARALANMA (ID - 42535)“Yaralanmaq”dan f.is.
|
YARALANMAQ (ID - 42536)qayıd. 1. Güllə, kəsərti və s. ilə bədəninin bir yerində yara açılmaq, bədəninin bir yeri zədələnmək, yara olmaq. Ayağından yaralanmaq. Müharibədə yaralanmaq. Güllə ilə yaralanmaq. - [Qasıməli:] Tutublar, yəqin ki, yaralanıbdı,...
|
YARALANMIŞ (ID - 42537)f sif Yara almış, silah və s. ilə bir yerindən zədələnmiş; yaralı. Yaralanmış əsgər. // Məc. mənada. Ey həmdəmim, səni qana qərq elər; Gəl tərpətmə yaralanmış könlümü. M.V.Vidadi.
|
YARALATMA (ID - 42538)“Yaralatmaq”dan f.is.
|
YARALATMAQ (ID - 42539)icb. Yaralanmasına səbəb olmaq, yara vurdurmaq. Atı yaraladarsan, gözlə.
|
YARALĞAN (ID - 42540)is. məh. Yarğan. Dağılıb havaya qanın iyisi; Gəlir yaralğandan yapalaq səsi. H.K.Sanılı.
|
YARAMAZCA(SINA) (ID - 42541)zərf Yaramaz adama xas olan bir surətdə; alçaqcasına, nalayiq bir surətdə. Yaramazcasına hərəkət etmək.
|
YARAM-YARAM (ID - 42542)is. zar. Xanəndələrin, aşıqların oxuduqları zaman havanı uzatmaq üçün işlətdikləri söz. Aşığın sözü qurtaranda yaram-yaram çağırar. (Ata. sözü).
|
YARANAL (ID - 42543)dan. Keçmişdə “general” sözünün canlı dildə işlənən təhrif edilmiş forması. istəyirəm sana bir dastan yazam; Qoburnat eşidə, yaranal bilə. Aşıq Ələsgər. Bundan ötrü lazımdır.. yüz nəfər hacını yaranal eləmək. C.Məmmədquluzadə....
|
YARANAN (ID - 42544)f sif Yaradılmış, vücuda gətirilmiş (gəlmiş). // is. mənasında. Məxluq. [Xanburabi:] Hər bir yaranan yaşamalıdır. Çəmənzəminli.
|
YARANIŞ (ID - 42545)is. 1. Yaranma, vücuda gəlmə, yoxdan var olma.
2. Xilqət, təbiət, doğuluş. Sən ki yaranışdan gözəlsən belə; Bir dastan olmusan ağıza, dilə. S.Vurğun. |
YARANMA1 (ID - 42546)“Yaranmaq1”dan f.is. Azərbaycan ordusunun yaranma günü.
|
YARANMA2 (ID - 42547)“Yaranmaq2”dan f.is.
|
YARANMAQ1 (ID - 42548)f. 1. Əmələ gəlmək, meydana gəlmək, doğulmaq, törəmək. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. Bilirsən ki, mən gözələm, dastanlara düşmüş adım; Yarandığım gündən bəri bağlanmamış...
|
YARANMAQ2 (ID - 42549)f. Birini xoşnud etmək üçün öz hərəkətlərini onun xeyrinə, tələbinə uyğunlaşdırmağa çalışmaq, yaltaqlanmaq. Yaxın qohumlarını, gələcəkdə böyük sərvətə malik olası bacılara yarananlar və yaltaqlıq edənlər hər tərəfdən...
|
YARANMIŞ (ID - 42550)f sif Xəlq olunmuş, məxluq, canlı; doğulmuş. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər. C.Məmmədquluzadə. Qol-qanad açardım, sözün doğrusu; Hər bir yaranmışın arzusudur bu. S.Vurğun.
|
YARA-PARA (ID - 42551)bax yara-xora.
|
YARAR (ID - 42552)bax yararlı. Götürün oxların, ey didələrim, torpaqdan; Bu yarar nəsnələrin qədrini yaxşıca bilin. Füzuli. [Vəzir:] Padşah sağ olsun, keçəçilik sənəti çox yarar sənətdir. Ü.Hacıbəyov.
|
YARARLAŞDIRILMA (ID - 42553)“Yararlaşdırılmaq”dan f.is.
|
YARARLAŞDIRILMAQ (ID - 42554)məch. Yararlı hala salınmaq, uyğunlaşdırılmaq, əlverişli hala gətirilmək.
|
YARARLAŞDIRMA (ID - 42555)“Yararlaşdırmaq”dan f.is. Bu işi Kür-Araz düzənliyində suvarılan torpaqları istifadə üçün yararlaşdırma idarəsinin işçiləri görməlidirlər. (Qəzetlərdən).
|
YARARLAŞDIRMAQ (ID - 42556)f. Yararlı hala salmaq, uyğunlaşdırmaq, əlverişli hala gətirmək.
|
YARARLAŞMA (ID - 42557)“Yararlaşmaq”dan f.is.
|
YARARLAŞMAQ (ID - 42558)f. Yararlı hala gəlmək, uyğunlaşmaq, əlverişli hala gəlmək.
|
YARARLI (ID - 42559)sif. Yarayan, əlverişli, uyğun, lazımlı, işə gələn, faydalı. Kostyuma yararlı parça. - O, özünə yararlı bir kaman seçmək üçün qarşısına bir çox kaman tökdürmüşdü. M.S.Ordubadi. Əsil bəla orasındadır ki, usta zeynallar...
|
YARARLIQ (ID - 42560)is. İşə yarama, əlverişli olma, faydalı və lazımlı olma; fayda, yararlı xidmət. Çar hökuməti iran inqilabında böyük yararlıq göstərən Culfa qrupuna çox ciddi nəzarət təşkil etmişdi. M.S.Ordubadi.
|
YARARLILIQ (ID - 42561)is. Yararlı şeyin hal və keyfiyyəti.
|
YARARSIZ (ID - 42562)sif. Yararı olmayan, faydası olmayan, heç bir fayda verməyən; əlverişsiz, lazımsız, dəyərsiz, vecsiz. Yararsız yer. Yararsız bina.
|
YARARSIZLIQ (ID - 42563)is. Yararsız şeyin hal və keyfiyyəti; heç bir şeyə yaramama, fayda verməmə.
|
YARASA (ID - 42564)is. 1. zool. Gündüzlər yatıb gecələr ov edən, siçana oxşar geniş pərdəqanadlı heyvan. O da bir cürə yarasadır. Gündüz yatır, gecə uçur. Ə.Vəliyev.
2. məc. Cəhalətpərəstlik, maarif düşməni simvolu kimi işlənir. |
YARAŞDIRILMA (ID - 42565)“Yaraşdırılmaq”dan f.is.
|
YARAŞDIRILMAQ (ID - 42566)məch. 1. Uyğunlaşdırılmaq, yaraşan bir şəklə salınmaq. Yaraşıqlı edilmək, yaraşıq verilmək, zinətləndirilmək, bərbəzək verilmək.
İstinad edilmək (inanılmaz bir şeyə). |
YARAŞDIRMA (ID - 42567)“Yaraşdırmaq”dan f.is.
|
YARAŞDIRMAQ (ID - 42568)f. 1. Uyğunlaşdırmaq, yaraşan bir şəklə salmaq. Yaraşıqlı etmək, yaraşıq vermək, zinətləndirmək, bərbəzək vermək. Yan-yana düzmək; tutuşdurmaq. Sözü sözə yaraşdırmaq.
Əsassız bir şeyi inanılacaq dərəcədə birisinə... |
YARAŞIQ (ID - 42569)is. Bəzək, zinət. Ehtiyat igidin yaraşığıdır. (Ata. sözü). // Qəşənglik, gözəllik. Yan durun, aşıq gəldi; Elə yaraşıq gəldi; Yel vurub sinən açdı; Gözümə işıq gəldi. (Bayatı). Arvadın yaraşığı saçdır. Qantəmir....
|
YARAŞIQLANMA (ID - 42570)“Yaraşıqlanmaq”danf.is.
|
YARAŞIQLANMAQ (ID - 42571) |
YARAŞIQLI (ID - 42572)sif Yaraşığı olan, görünüşcə qəşəng, gözəl. Yaraşıqlı paltar. Yaraşıqlı qız. - [Ağa Mərdanın arvadı:] Məni Hacı Qafurun arvadı yaraşıqlı (z.) görsə, əlbəttə, artıcaq sayar. M.F.Axundzadə. Ay quşcuğazlar nə yaraşıqlısız;...
|
YARAŞIQLILIQ (ID - 42573)is. Yaraşıqlı şeyin hal və keyfiyyəti; gözəllik, qəşənglik.
|
YARAŞIQSIZ (ID - 42574)sif. 1. Yaraşığı olmayan, gözəlliyi, qəşəngliyi olmayan; görkəmsiz. Yaraşıqsız adam. Yaraşıqsız ev.
2. Uyğun olmayan, münasib olmayan, layiq olmayan, yöndəmsiz. Yaraşıqsız söz. |
Bu səhifə dəfə baxılıb