YARARLIsif. Yarayan, əlverişli, uyğun, lazımlı, işə gələn, faydalı. Kostyuma yararlı parça. - O, özünə yararlı bir kaman seçmək üçün qarşısına bir çox kaman tökdürmüşdü. M.S.Ordubadi. Əsil bəla orasındadır ki, usta zeynallar özlərini dünyada ən ağıllı, işgüzar və yararlı adam hesab edirlər. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|