YIRĞALAŞMA (ID - 43775)“Yırğalaşmaq”dan f.is.
|
YIRĞALAŞMAQ (ID - 43776)qarş. dan. Yırğalanmaq (çoxları haqqında). Gəmidəkilər yırğalaşırlar.
|
YIRĞALATMA (ID - 43777)“Yırğalatmaq”dan f.is.
|
YIRĞALATMAQ (ID - 43778)f . Yırğalanmağa məcbur etmək, yırğalanmasına səbəb olmaq. Ləpə gəmini yırğaladır.
|
YIRĞANMA (ID - 43779)“Yırğanmaq”dan f.is.
|
YIRĞANMAQ (ID - 43780)bax yırğalanmaq.
|
YIRTDIRMA (ID - 43781)“Yırtdırmaq”dan f.is.
|
YIRTDIRMAQ (ID - 43782)icb. Yırtmasına, yırtılmasına səbəb olmaq.
|
YIRTICI (ID - 43783)sif. 1. Başqa heyvanların ətini yeyən. Yırtıcı heyvanlar. Yırtıcı canavar. Qartal yırtıcı quşdur. - Başqa balıqları tutub yeyən yırtıcı balıqlar olduğu kimi, “dinc” balıqlar da vardır. “Zoologiya” .
2. məc. Vəhşi,... |
YIRTICICASINA (ID - 43784)zərf Yırtıcı kimi, vəhşi kimi; vəhşicəsinə, qəddarcasına. Yırtıcıcasına hərəkət etmək.
|
YIRTICILAŞMA (ID - 43785)“Yırtıcılaşmaq”dan f.is.
|
YIRTICILAŞMAQ (ID - 43786)f Yırtıcı olmaq, vəhşiləşmək.
|
YIRTICILIQ (ID - 43787)is. 1. Yırtıcıların başqa heyvanları tutub yeməsi, yırtıcı xasiyyət. Çölpişiklərinin yırtıcılığı.
2. məc. Vəhşilik, qəddarlıq. Yırtıcılıq etmək. |
YIRTIQ1 (ID - 43788)sif. Cırığı, deşik yeri olan; yırtılmış. Yırtıq corab. Yırtıq ayaqqabı. Yırtıq tutmaq (bir şeyin yırtığını tikmək, gözəmək). - Sikkə olmaz övladının cibində; Rizqləri yırtıq çuval dibində. Q.Zakir. Onlar bu gün köçüb...
|
YIRTIQ2 (ID - 43789)is. Hər hansı bir orqanın, adətən nazik bağırsağın dəri altına çıxmasından ibarət xəstəlik; dəbə.
|
YIRTIQ-DEŞİK (ID - 43790)is. Deşilmiş, yırtılmış yer. Yırtıq-deşiyini tutmaq.
|
YIRTIQLIQ (ID - 43791)is. Yırtıq şeyin halı. Kisənin yırtıqlığı. Ayaqqabının yırtıqlığı.
|
YIRTIQ-YAMAQ (ID - 43792)is. Köhnə, yırtıq şeyləri yamama işi və bu şeylərin özü. □ Yırtıqyamaq vurmaq - yamamaq, təmir etmək. Natalya əri üçün yırtıq-yamaq eləyib dəyişiyini torbaya yığmağa başladı. H.Seyidbəyli.
|
YIRTILMA (ID - 43793)“Yırtılmaq”dan f.is.
|
YIRTILMAQ (ID - 43794)f . 1. Köhnələrək, yaxud sürtülərək, bir şeyə ilişərək deşilmək, yırtıq əmələ gəlmək; cırılmaq. Ayaqqabısı yırtılmaq. Çuval yırtılmışdır. // Köhnəlib dağılmaq. // məch. Cırılmaq. ..Gərək hərəmxana xatunlarının...
|
YIRTMA (ID - 43795)“Yırtmaq”dan f.is.
|
YIRTMAQ (ID - 43796)f . 1. Geyib dağıtmaq, köhnəltmək, yırtıq hala salmaq. Ayaqqabıları yırtmaq. // İlişdirərək və ya başqa bir vasitə ilə qırmaq; qəlpələmək, deşmək. Paltarını harada yırtmısan? - O olsun şikarın tutmağa məşğul; Mən...
|
YIR-YIĞIŞ (ID - 43797)is. Yığışdırma işi; səliqəyə, sahmana salma işi. □ Yır-yığış etmək (eləmək) - yığışdırmaq, səliqəyə, sahmana salmaq. [Məşədi Səkinə xala] onun evsizliyinə və şikəstliyinə yazığı gələr, hərdən evini yıryığış...
|
YİV (ID - 43798)is. 1. Bir şeyin digərinə girib birləşməsi üçün açılan oyuq. Çərçivə yivi. Pəncərə yivi.
2. Eyni məqsəd üçün boru və s.-də açılan vintvari oyuq, cizgi. Yiv açmaq. Yivi sürtülmək. // Tüfənglərin, topların və s.-nin... |
YİVAÇAN (ID - 43799)is. Yiv açmağa məxsus alət.
|
YİVLİ (ID - 43800)sif. Yivi olan, yiv açılmış. Yivli tüfəng (lüləsinin içində yiv olan tüfəng).
|
YİYƏ (ID - 43801)is. Hər hansı bir şey üzərində mülkiyyət hüququ olan adam; sahib. Oğul, Rövşən, get, buzov yiyəsinə pul ver, razı sal. “Koroğlu” . Ev yiyəsi yaşlı bir arvad idi. S.Hüseyn. □ Yiyə çıxmaq - sahibi özünü bildirmək, sahibi...
|
YİYƏLƏNMƏ (ID - 43802)“Yiyələnmək”dən f.is.
|
YİYƏLƏNMƏK (ID - 43803)f . 1. Zorla və qeyri-qanuni surətdə bir şeyə sahib olmaq. Özgənin malına yiyələnmək. Kitabıma yiyələndi.
2. məc. Yaxşı-yaxşı öyrənmək, bilmək, istifadə edə bilmək, bir şeyin ustası olmaq. Biliklərə yiyələnmək. |
YİYƏLİ (ID - 43804)sif. Yiyəsi, sahibi olan.
|
YİYƏLİK (ID - 43805)is. Sahib olma, yiyə durma; sahiblik. □ Yiyəlik etmək - sahiblik etmək, bir sahib kimi idarə etmək, öz əlində saxlamaq. [Səttar bəy:] ..Səlbnazın heç olmasa anası var, qovmusan, gedib evlərinə. Bunun heç kimi yoxdu, onunnan belə bir...
|
YİYƏSİZ (ID - 43806)sif. Yiyəsi, sahibi olmayan; sahibsiz. Yiyəsiz ev. Yiyəsiz mülk. Yiyəsiz bağ. // Baxımsız. Yiyəsiz uşaq. // Zərf mənasında. Yurd yiyəsiz qalanda donuz təpəyə çıxar. (Ata. sözü).
|
YİYƏSİZLİK (ID - 43807)is. 1. Sahibi, yiyəsi olmama; sahibsizlik, baxımsızlıq.
2. məc. Tənhalıq, adamsızlıq. Nə işıltı, nə də çıraq; Nə bir qara daxma var; Hər yer bütün yiyəsizlik; Hər yer bütün qalın qar. A.Səhhət. |
YOD (ID - 43808)[yun. iodes] Başlıca olaraq dəniz yosunlarından istehsal edilən tünd-boz rəngli, metal kimi parıldayan kristallik maddə (kimyəvi element). // Bu maddənin təbabətdə işlədilən spirtli məhlulu. Yaraya yod sürtmək.
|
YODLAMA (ID - 43809)“Yodlamaq”dan f.is.
|
YODLAMAQ (ID - 43810)f Yod sürtmək, yod vurmaq. Yaranı yodlamaq.
|
YODLU (ID - 43811)sif. 1. Tərkibində yod olan. Yodlu maddə. Yodlu dərman. Yodlu su.
2. Yoda batmış, yod sürtülmüş. |
YODOFORM (ID - 43812)[yun.] əcz. Təbabətdə antiseptik dərman kimi işlədilən kəskin qoxulu yod preparatı.
|
YOĞRULMA (ID - 43813)“Yoğrulmaq”dan f.is.
|
YOĞRULMAQ (ID - 43814)məch. 1. Təzyiq altında, yaxud əl və s. ilə ovuşdurularaq yayğın hala gətirilmək (xəmir və s.).
2. məc. Yaranmaq, əmələ gəlmək. Şeir, sənət əzəl gündən sözün hüsnilə yoğrulmuş; Zamanın sirri, sevdası onun qəlbində... |
YOĞRULMUŞ (ID - 43815)“Yoğrulmaq”dan fsif Yoğrulmuş xəmir.
|
YOĞUN (ID - 43816)sif. 1. Həcmcə, en etibarilə böyük, geniş olan; qalın. Yoğun ağac. Yoğun ip. // Kök, dolğun, ətli-canlı. Yoğun adam. - Bir kişi küçədə getdiyi yerdə görür ki, filan övrətin topuqları ağdır və yoğundur. C.Məmmədquluzadə....
|
YOĞUNBALDIR (ID - 43817)sif. Baldırları yoğun olan.
|
YOĞUNBOYUN (ID - 43818)bax boynuyoğun. Hər bir şəhərimizdə ildə 10-15 imam ehsanı verən olur ki, yoğunboyun mollaları, şişpapaq tacirləri, .. qızıl təkbənd nücəbaları çaylayıb, plovlayıb yola salır.. N.Vəzirov.
|
YOĞUNCA (ID - 43819)sif. Çox yoğun. Yoğunca bir adam olan Mehman dayı yerindən qalxıb kürsünün dalına gəldi. Ə.Sadıq.
|
YOĞUNDİMDİK (ID - 43820)sif. Dimdiyi yoğun olan. Yoğundimdik quş.
|
YOĞUNDODAQ (ID - 43821)sif. Dodaqları yoğun olan. Yoğundodaq adam.
|
YOĞUNQARIN (ID - 43822)sif. Qarnı yoğun, yekə olan; qarnıyoğun, yekəqarın.
|
YOĞUNQURŞAQ (ID - 43823)is. köhn. zar. Keçmişdə mollalara, axundlara verilən istehzalı ad. Elə iş baş verər yoğunqurşaqdan; Həq bilir ki, çıxmaz nadan uşaqdan. Q.Zakir.
|
YOĞUNLAMA (ID - 43824)“Yoğunlamaq”dan f.is.
|
Bu səhifə dəfə baxılıb