
YİYƏis. Hər hansı bir şey üzərində mülkiyyət hüququ olan adam; sahib. Oğul, Rövşən, get, buzov yiyəsinə pul ver, razı sal. “Koroğlu” . Ev yiyəsi yaşlı bir arvad idi. S.Hüseyn. □ Yiyə çıxmaq - sahibi özünü bildirmək, sahibi məlum olmaq, tapılmaq. Yiyə durmaq - sahib çıxmaq, yiyə kimi çıxış etmək, yiyə olduğunu bildirmək. Dönsə, heç demirəm pis günlərimə; Yaxşı günlərimə yiyə durmaram. M.Araz.
□□ İt yiyəsini tanımır - bax it. Paylaşın - Hamı bilsin
|