İzahlı lüğət

YOĞUN

sif. 1. Həcmcə, en etibarilə böyük, geniş olan; qalın. Yoğun ağac. Yoğun ip. // Kök, dolğun, ətli-canlı. Yoğun adam. - Bir kişi küçədə getdiyi yerdə görür ki, filan övrətin topuqları ağdır və yoğundur. C.Məmmədquluzadə. Qarnı yoğun, boynu da dam tiridir; Ruhu ölüb, nəfsi hələ diridir.. M.Ə.Sabir.
Qalın. Yoğun səs. [Cahandar ağanın] yoğun, zəhmli səsi eşidildi. I.Şıxlı.
məc. Qaba, kobud, yontalanmamış, tərbiyəsiz; qanmaz, kütbeyin.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YAM

......