İzahlı lüğət

YOVŞAN (ID - 44025)

is. bot. Mürəkkəbçiçəklilər fəsiləsindən kəskin qoxulu ot və yarımkol bitkisi. Yovşan arağı (distillə yolu ilə yovşandan çəkilmiş cövhər). - Muğanda qarağat, yovşan yerinə; Çinarlar boy atdı cərgələnərək. S.Vurğun.

YOVŞANLI (ID - 44026)

sif. Çoxlu yovşan bitmiş, yovşan bitən. Yovşanlı əkin. Yovşanlı yer. - [Tahir] pəncərənin qabağında durub boz və yovşanlı təpələrin ardında batan günəşə baxırdısa da, fikri tamam başqa yerdə idi. M.Hüseyn.

YOVŞANLIQ (ID - 44027)

is. Yovşan bitən yer.
□□ Yovşanlığa çıxmaq - bir işdə, danışıqda və s.-də adi, normal dərəcədən kənara çıxmaq, həddi aşmaq.

YOVŞUTMA (ID - 44028)

“Yovşutmaq”dan f.is.

YOVŞUTMAQ (ID - 44029)

f . Yumşaltmaq, dilə tutaraq özünə yaxınlaşdırmaq.

YOVUQ (ID - 44030)

bax yaxın. [Hacı Murad:] Sinni də mənə yovuqdur. S.S.Axundov.

YOVUQLAŞDIRILMA (ID - 44031)

“Yovuqlaşdırılmaq”dan f.is.

YOVUQLAŞDIRILMAQ (ID - 44032)

bax yaxınlaşdırılmaq.

YOVUQLAŞDIRMA (ID - 44033)

“Yovuqlaşdırmaq”dan f.is.

YOVUQLAŞDIRMAQ (ID - 44034)

bax yaxınlaşdırmaq.

YOVUQLAŞMA (ID - 44035)

“Yovuqlaşmaq”dan f.is.

YOVUQLAŞMAQ (ID - 44036)

bax yaxınlaşmaq.

YOVUQLUQ (ID - 44037)

bax yaxınlıq.

YOVUŞDURMA (ID - 44038)

“Yovuşdurmaq”dan f.is.

YOVUŞDURMAQ (ID - 44039)

icb. Yaxınlaşdırmaq; yaxınlaşmağa, ünsiyyət bağlamağa məcbur etmək və ya vasitə olmaq. // Uyğunlaşdırmaq.

YOVUŞDURULMA (ID - 44040)

“Yovuşdurulmaq”dan f.is.

YOVUŞDURULMAQ (ID - 44041)

məch. Yaxınlaşdırılmaq; yaxınlıq, ünsiyyət yaradılmaq.

YOVUŞMAQ (ID - 44042)

f . Yaxınlaşmaq, ünsiyyət bağlamaq. ..Gülgəz [atasına] az yovuşardı. Mir Cəlal. // Uyuşmaq, uyğunlaşmaq, özünü başqası ilə tay, bərabər tutmaq. Adam adama gərək yovuşsun.

YOVUŞMAZ (ID - 44043)

sif. Yovuşmayan, heç kəslə qaynayıb-qarışmayan (adam). Yovuşmazın biridir.

YOZDURMA (ID - 44044)

“Yozdurmaq”dan f.is.

YOZDURMAQ (ID - 44045)

1. “Yozmaq”dan icb. Yuxusunu yozdurmaq.
2. f. Fikrini başqa şeyə cəlb etmək, azdırmaq, yayındırmaq.

YOZMA (ID - 44046)

“Yozmaq”dan f.is.

YOZMAQ (ID - 44047)

f . Özü istədiyi kimi məna vermək, izah etmək, şərh etmək. Cəhrənin qırılmasını pis yerə yozaraq, ürəyinə gətirmişdi ki, bəlkə də bu saat Tapdığın başında bir xata var! Ə.Əbülhəsən. // Hiss etmək, duymaq. Kələntərli...

YOZULMA (ID - 44048)

“Yozulmaq”dan f.is.

YOZULMAQ (ID - 44049)

məch. İstənilən kimi məna verilmək, izah edilmək, şərh edilmək.

YÖN (ID - 44050)

is. 1. Üz, üz tərəf, ön tərəf. Oturubdurub yönü oyana; Durub-durub yeriməyin nədəndir? M.P.Vaqif. Gah yönümü çevirirəm Şirvana; Gah üz tutub Gürcüstana, ağlaram. Molla Cümə. Gülsənəm arvad yönünü oğluna tərəf çevirmədən...

YÖNDƏM (ID - 44051)

is. 1. Qayda, nizam, səliqə. □ Yöndəmdən çıxmaq - eybəcərləşmək, çirkinləşmək, korlanmaq. Yöndəmə düşmək - qaydaya düşmək, səliqəyə düşmək, müəyyən şəklə düşmək. Yöndəmə düşdükdən sonra universitetə getdim....

YÖNDƏMLİ (ID - 44052)

sif. Səliqəli, qaydalı; görünüşcə yaxşı, abırlı, görkəmli.

YÖNDƏMLİLİK (ID - 44053)

is. 1. Yöndəmli şeyin hal və keyfiyyəti.
Rahat, qolay.
Qolaylıq, rahatlıq.

YÖNDƏMSİZ (ID - 44054)

sif. 1. Qaba, kobud, biçimsiz, səliqəsiz, tənasübsüz. Yöndəmsiz adam. Yöndəmsiz şey. - Hələ kim olduğunu bilməmişdən bu adamın xarici görkəmi bizdə nifrət əmələ gətirmişdi; kobud sifəti, yöndəmsiz bədəni vardı. S.Rəhman.
2....

YÖNDƏMSİZLİK (ID - 44055)

is. 1. Yöndəmsiz şeyin halı.
2. Naqolaylıq, narahatlıq.

YÖNƏLDİCİ (ID - 44056)

sif. 1. Hərəkət və istiqamət verən, istiqamətverici, istiqamətləndirici, istiqaməti nizama salan. Yönəldici göstəriş.
2. tex. Bir şeyi müəyyən istiqamətdə hərəkət etdirən. Yönəldici çarx. Yönəldici rels. - Quyunu qazmağa...

YÖNƏLDİLMƏ (ID - 44057)

“Yönəldilmək”dən f.is.

YÖNƏLDİLMƏK (ID - 44058)

məch. Bir səmtə və ya bir şeyə doğru çevrilmək, sövq etdirilmək; istiqamətləndirilmək. Topların ağzı düşmənə yönəldilmişdir. Tənqid atəşi öz hədəfinə yönəldildi.

YÖNƏLMƏ (ID - 44059)

“Yönəlmək”dən f.is.

YÖNƏLMƏK (ID - 44060)

f . 1. Bir tərəfə istiqamət alıb getmək, üz tutub getmək, istiqamət almaq. Hamımız səs gələn tərəfə yönəldik. Gəmilər adaya doğru yönəldi. - Koroğlu Nigara tərəf yönəldi. “Koroğlu” . [Faytonun] içindən İmamverdi baba...

YÖNƏLTMƏ (ID - 44061)

“Yönəltmək”dən f.is.

YÖNƏLTMƏK (ID - 44062)

f İstiqamət vermək, istiqamətləndirmək, istiqamət göstərmək. Suyu arxa yönəltdik; Bağa, bostana getdik; Evin var olsun, qardaş; Axır xoş günə yetdik. (Bayatı). Balaca Sabir hiss edirdi ki, daha atası onu məktəbə tərəf yönəltmək...

YÖNLƏŞMƏ (ID - 44063)

“Yönləşmək”dən f.is.

YÖNLƏŞMƏK (ID - 44064)

qarş. məh. Razılığa gəlmək; razılaşmaq, düzəlişmək.

YÖNLÜ (ID - 44065)

sif dan. 1. Yararlı, lazımlı, gərəkli, münasib, əlverişli, yaxşı, əməlli-başlı. Yönlü Şey.
2. Yaxşı, üzüyola, sözəbaxan. [Əhməd] ürəyində öz-özü ilə belə bir iftixarla danışırdı: - Ağıllı övlad, yönlü bala...

YÖNLÜK (ID - 44066)

yönlük hal qram. - ismin kimə? nəyə? və haraya? suallarına cavab verən halı.

YÖNSÜZ (ID - 44067)

sif. Yararsız, lazımsız, gərəksiz. // Pis, vecsiz, fərsiz. Hatəm xan oturduğu yerdə bütün vücudu ilə silkələndi: - Yönsüz oğul neylər ata malını, - dedi. S.Rəhimov.

YÖRƏ (ID - 44068)

is. Yan, ətraf, həndəvər (çox vaxt “yan-yörə” şəklində işlənir). Kərəsidi qoyunun, kürəsidi qoyunun; Ağlığımızdan gəzərik yörəsində qoyunun. (Sayaçı sözü).

YÖR-YÖNDƏM (ID - 44069)

is. dan. 1. Xarici görünüş; sir-sifət, qiyafət. Pasının qırmızı üzü daha da qızardı: - Qadam sənin yörünə-yöndəminə, dedi. S.Rəhimov.
2. Səliqə, sahman, qayda.
□□ Yör-yöndəmə salmaq - qaydaya (səliqəyə, sahmana)...

YUBADILMA (ID - 44070)

“Yubadılmaq”dan f.is.

YUBADILMAQ (ID - 44071)

məch. Ləngidilmək, gecikdirilmək, təxirə salınmaq. Xəstəni qorxulu hallardan xilas etmək üçün, ona dərhal zəhərin təsirini zəiflədən maddə verilməlidir. Bu iş bir anlığa belə yubadılmamalıdır. (Qəzetlərdən).

YUBADILMAZ (ID - 44072)

f sif Təxirə salınmasına, gecikdirilməsinə, ləngidilməsinə yol verilməyən; təxirsiz, təcili, gecikməz.

YUBANDIRMA (ID - 44073)

“Yubandırmaq”dan f.is.

YUBANDIRMAQ (ID - 44074)

bax yubatmaq. [Quliyev] heç vaxt smetanın tərtibini yubandırmazdı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed