İzahlı lüğət

YÖN

is. 1. Üz, üz tərəf, ön tərəf. Oturubdurub yönü oyana; Durub-durub yeriməyin nədəndir? M.P.Vaqif. Gah yönümü çevirirəm Şirvana; Gah üz tutub Gürcüstana, ağlaram. Molla Cümə. Gülsənəm arvad yönünü oğluna tərəf çevirmədən cavab verdi və aşağı əyilib ocağı üfürməyə başladı. M.Hüseyn. □ Yön çevirmək - üz çevirmək, üzünü tutmaq, müraciət etmək. Ələsgər, yön çevir şahlar şahına; Yapış ətəyindən, şikayət eylə! Aşıq Ələsgər. Yönünü tutmaq - üzünü.. tərəfə çevirmək. Hər kəsin dünyada bir qibləsi var; Mən də yönüm sənə sarı tutmuşam. M.P.Vaqif.
2. İstiqamət, səmt, tərəf. □ Yön almaq istiqamət almaq, üz tutmaq, ...tərəfə getmək. Ertəsi gün sübh tezdən Qaraxan Xırdanı və məni oyatdı. Onlar birlikdə yoncalığa tərəf yön aldılar. S.Rəhimov.
□□ Yönü bəri olmaq dan. - sağalmağa başlamaq, sağalmaq əlamətləri göstərmək. Səs hər yana yayıldı. Padşaha muştuluğa getdilər ki, Qəmərin nəfəsi qayıtmışdır, xırda-xırda yönü bəri olur. (Nağıl).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed