
YOZMAQf . Özü istədiyi kimi məna vermək, izah etmək, şərh etmək. Cəhrənin qırılmasını pis yerə yozaraq, ürəyinə gətirmişdi ki, bəlkə də bu saat Tapdığın başında bir xata var! Ə.Əbülhəsən. // Hiss etmək, duymaq. Kələntərli müsahibinin qəfildən tutulmasını söhbətdən xoşlanmamasına yozdu. İ.Hüseynov. // Yuxuda görülmüş şeyə məna vermək, röyanı təbir etmək.
Paylaşın - Hamı bilsin
|