
YÖNDƏMis. 1. Qayda, nizam, səliqə. □ Yöndəmdən çıxmaq - eybəcərləşmək, çirkinləşmək, korlanmaq. Yöndəmə düşmək - qaydaya düşmək, səliqəyə düşmək, müəyyən şəklə düşmək. Yöndəmə düşdükdən sonra universitetə getdim. Mir Cəlal. Yöndəmə salmaq (qoymaq) - səliqəyə, sahmana salmaq, qaydaya salmaq, müəyyən bir şəklə salmaq. ..Mən cəmi işlərimi yöndəmə qoyub, dost-aşnalar ilə vidalaşıb əyləşdim mənzildə. Ə.Haqverdiyev.
2. Görkəm, sir-sifət, xarici görünüş. Bunun yöndəminə bax. Bu nə yöndəmdir? Paylaşın - Hamı bilsin
|