
YÖNƏLMƏKf . 1. Bir tərəfə istiqamət alıb getmək, üz tutub getmək, istiqamət almaq. Hamımız səs gələn tərəfə yönəldik. Gəmilər adaya doğru yönəldi. - Koroğlu Nigara tərəf yönəldi. “Koroğlu” . [Faytonun] içindən İmamverdi baba çıxıb Nurəddinə tərəf yönəldi. S.S.Axundov. // Bir şey üçün yanaşmaq, yanma getmək, müraciət etmək. [Xortdan:] Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi.. Ə.Haqverdiyev. Gəlmək, üz tutmaq. [Bəkir:] Qayanın üstündən gördüm, iki dəstə atlı bizə sarı yönəliblər. N.Vəzirov. Üzünü çevirmək, dönmək, çevrilmək.
Paylaşın - Hamı bilsin
|