İzahlı lüğət

YAĞLAYICI (ID - 42025)

1. is. Maşınları yağlayan fəhlə. Yağlayıcı vəzifəsi.
2. sif tex. Maşınlara yağ tökməyə və ya yağlamağa məxsus. Yağlayıcı nasos. Yağlayıcı cihaz.

YAĞLI (ID - 42026)

sif. 1. Yağı olan, tərkibində yağ çox olan. Yağlı ət. Yağlı xörək. Yağlı balıq.
Yadın oğlu yağlı aşa mehmandı; Dar günündə baxarsan ki, usandı. Aşıq Ələsgər. Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi...

YAĞLICA (ID - 42027)

1. sif. Çox yağlı, olduqca yağlı. Yağlıca ət. - Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur yaxşıca, yağlıca bozbaş ilə. C.Məmmədquluzadə.
2. is. bot. Gəvən kitrəsi (bitki). Bəzi yerlərdə gəvən kitrəsini...

YAĞLIXƏMİR (ID - 42028)

is. Xalq təbabətində: yaranın üstünə, yaxud ağrıyan yerə qoymaq üçün yağ ilə yoğrulmuş, yağ qatılmış xəmir. Kərimin ayağına yağlıxəmir salıb yerə uzadardılar. H.Sarabski.

YAĞLI-QARA (ID - 42029)

sif. Yağlı, hisli və kirli; çirkli. // məc. Çirkin, kifir. Onun yağlı-qara çöhrəsi pörtüldü. Ə.Əbülhəsən.

YAĞLILIQ (ID - 42030)

is. 1. Yağlı şeyin halı, tərkibində yağ olma. Ətin yağlılığı. Xörəyin yağlılığı.
2. Yağa batmış (bulaşmış) şeyin halı; kirlilik.

YAĞLITƏRƏ (ID - 42031)

is. Tərənin yeyilən növü; tərə.

YAĞLIVAÇA (ID - 42032)

is. məh. Yanları hündür balaca qulplu tava.

YAĞLI-YAĞLI (ID - 42033)

sif. 1. Çox yağlı, ləzzətli, dadlı, çox qidalı. Yağlı-yağlı xörəklər.
[Hacı Murad:] Kafir uşaqları kafir, yeyin mənim yağlı-yağlı xörəklərimi. S.S.Axundov.
2. məc. Şirin-şirin. Koxanın gözü qazanda, yağlı-yağlı...

YAĞMA1 (ID - 42034)

“Yağmaq”dan f.is.

YAĞMA2 (ID - 42035)

is. Soyğun, qarət, soyğunçuluq, talan, çapovul. Yağma etmək.

YAĞMAQ (ID - 42036)

f 1. Havadan qar, yağış, dolu kimi şeylər düşmək, tökülmək. Qar yağmaq. Dolu yağmaq. - Havalar gözəl keçirdi, teztez yağış yağırdı. C.Məmmədquluzadə.
Çox miqdarda, arası kəsilmədən tökülmək. Biz şəhərə girdiyimiz...

YAĞMALAMA (ID - 42037)

“Yağmalamaq”dan f.is.

YAĞMALAMAQ (ID - 42038)

f . Soymaq, qarət etmək, talamaq. // məc. şair. Əlindən almaq, məhrum etmək mənasında. Səbrimi yağmaladı şövqin, qərarım qalmadı. Nəsimi. Xumarxumar baxmağı gözlərin; Yağmalayıb solusağı gözlərin. Q.Zakir.

YAĞMALANMA (ID - 42039)

“Yağmalanmaq”dan f.is.

YAĞMALANMAQ (ID - 42040)

məch. Qarət edilmək, soyulmaq, qəsb edilmək, zorla əlindən alınmaq.

YAĞMUR (ID - 42041)

is. Yağış, yağıntı. Yüngül, sərin meh əsir; Yağmuru birdən kəsir. A.Səhhət. Payız mövsümü yaxınlaşdığı üçün havada yağmur olduğundan açıqda bulunan yay binasında heç bir yığıncaq yox idi. S.Hüseyn. Yağmur ara verdi,...

YAĞMURLU (ID - 42042)

sif. Yağışlı. Yağmurlu hava. Payızın yağmurlu bir günü idi. - Qış mövsümü qayət soyuq, yağmurlu bir havada; Gördü ancaq arvad-uşaq qalmış kənddə, obada. Səhhət.

YAĞMURLUQ (ID - 42043)

is. 1. Yağışlıq, yağışlı hava. Bu il çox yağmurluqdur. - Az qalıb, lap az, ancaq buralar yağmurluq olan yerdir, divarları korlaya bilər. S.Rəhimov. Yağmurdan (yağışdan) qorunmaq üçün geyim; plaş. [Sirat] evə gəlib silahlandı....

YAĞMURÖLÇƏN (ID - 42044)

bax yağışölçən.

YAĞMURSUZ (ID - 42045)

sif. Yağışsız. Yağmursuz hava.

YAĞMURSUZLUQ (ID - 42046)

is. Yağışsızlıq.

YAĞÖLÇƏN (ID - 42047)

is. xüs. Südün yağlılıq dərəcəsini ölçmək üçün cihaz.

YAĞ-PENDİR (ID - 42048)

is. İçərisinə yağ və pendir qoyulmuş lavaş, çörək və s. [Qaraş] bir az çörək və yağ-pendir bürmələyib yaylığa bağladı. M.İbrahimov.

YAĞ-RƏNG (ID - 42049)

is. dan. Yağlı boya. Evləri yağ-rəng etdirmək.

YAĞSIZ (ID - 42050)

sif. 1. Yağı olmayan, yağı az olan; yavan. Yağsız ət. Yağsız xörək.
2. Yağ tökülməmiş, yaxud yağ sürtülməmiş. [Fitnə:] Ölkəsindən tutmaz xəbər; Yağsız çıraq çox tez sönər. A.Şaiq. [Qarı Mahmuda:] Qarnın da ki yağsız...

YAĞSIZLANDIRILMA (ID - 42051)

“Yağsızlandırılmaq”dan f.is.

YAĞSIZLANDIRILMAQ (ID - 42052)

bax yağsızlaşdırılmaq.

YAĞSIZLANDIRMA (ID - 42053)

“Yağsızlandırmaq”dan f.is.

YAĞSIZLANDIRMAQ (ID - 42054)

bax yağsızlaşdırmaq.

YAĞSIZLANMA (ID - 42055)

“Yağsızlanmaq”dan f.is.

YAĞSIZLANMAQ (ID - 42056)

bax yağsızlaşmaq.

YAĞSIZLAŞDIRILMA (ID - 42057)

“Yağsızlaşdırılmaq”dan f.is.

YAĞSIZLAŞDIRILMAQ (ID - 42058)

məch. Yağsız hala salınmaq, yağı çıxarılmaq.

YAĞSIZLAŞDIRMA (ID - 42059)

“Yağsızlaşdırmaq”dan f.is.

YAĞSIZLAŞDIRMAQ (ID - 42060)

f Yağsız etmək, yağsız hala salmaq, yağını çıxartmaq, yağını almaq. Dərini yağsızlaşdırmaq.

YAĞSIZLAŞMA (ID - 42061)

“Yağsızlaşmaq”dan f.is.

YAĞSIZLAŞMAQ (ID - 42062)

f . Yağsız hala gəlmək, yağı qalmamaq.

YAĞSIZLIQ (ID - 42063)

is. Yağsız şeyin halı. Ətin yağsızlığı. Xörəyin yağsızlığı.

YAĞTİKAN (ID - 42064)

is. bot. Alçaqboylu tikanlı bitki; dəvətikanı. Pəncərələrin altında yağtikan bitmişdi. İ.Hüseynov.

YAĞTUTAN (ID - 42065)

bax yağyığan.

YAĞYIĞAN (ID - 42066)

üzündən yağı
yığmaq üçün cihaz; yağtutan.

YAHU (ID - 42067)

nida [ər.] 1. Hey! Ey! Mənə bax! Yahu, bura bax! Yahu, eşitmirsənmi! - Hərçi dad eylədi çoban, yahu! Eşidənlər dedi: yalandır bu! M.Ə.Sabir. // Deyilən sözə diqqəti cəlb etmək üçün işlənir. Cahanda yox elə bir qüvvə baş əyim...

YAXA (ID - 42068)

is. 1. Paltarın boyun keçən hissəsi, habelə bu hissəyə tikilən və boyunu əhatə edən parça zolağı. Enli yaxa. Köynək yaxası. Kostyumun yaxası kirlənib. Sırmalı yaxa. - Mina kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdir....

YAXABƏND (ID - 42069)

is. Yaxanı bağlayan düymə, ilmək və s. Açılıb yaxabəndi; Ağ sinəsi qara baxın! Aşıq Ələsgər.

YAXAC (ID - 42070)

bax yaxı. [Müəssisə sahibi:] Bu qutudakı yaxac atların dırnağı üçündür. Yeni kəşf olunmuş bir şeydir. Çəmənzəminli.

YAXALAMA1 (ID - 42071)

“Yaxalamaq1”dan f.is.

YAXALAMA2 (ID - 42072)

“Yaxalamaq2”dan f.is. Qabları yaxalama. Əllərini yaxalama.

YAXALAMAQ1 (ID - 42073)

f 1. Yaxasından tutmaq, boğazından yapışmaq. Cəllad Qəməri yaxalayanda vəzir, vəkil və bütün əhli-məclis padşahın ayağına düşüb dedilər: - Şah, qəzəbini söndür! (Nağıl). Biz ayı vurulan yerə yetişəryetişməz itlər ayını...

YAXALAMAQ2 (ID - 42074)

f. Təmiz su ilə yumaq, hər tərəfinə su axıtmaq, suya çəkmək. Əllərini yaxalamaq. Boşqabları yaxalamaq. - [Qızılquşun] balaları bir qədər böyüdükdən sonra, ovladığı quşu su kənarına alar, tüklərini yolar, cəmdəyini suda...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed