
YAHUnida [ər.] 1. Hey! Ey! Mənə bax! Yahu, bura bax! Yahu, eşitmirsənmi! - Hərçi dad eylədi çoban, yahu! Eşidənlər dedi: yalandır bu! M.Ə.Sabir. // Deyilən sözə diqqəti cəlb etmək üçün işlənir. Cahanda yox elə bir qüvvə baş əyim ona mən; Fəqət nə güclü, zəif bir vücud var, yahu?! C.Cabbarlı. // Rica, xahiş yerində. Etməyin, yahu!
2. din. Ya Allah, ay Allah (bəzən təkrar şəklində). □ Yahu demək köhn. - Allahı imdada, çağırmaq, Allaha müraciət etmək. Neçə padşahlar orda olub cəm; iki dərviş yahu deyir dəmadəm. Aşıq Ələsgər. Paylaşın - Hamı bilsin
|