İzahlı lüğət

YAĞLI

sif. 1. Yağı olan, tərkibində yağ çox olan. Yağlı ət. Yağlı xörək. Yağlı balıq.
Yadın oğlu yağlı aşa mehmandı; Dar günündə baxarsan ki, usandı. Aşıq Ələsgər. Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Axşamın toranında közərib parıldayan kömürün üzərində şişlərə yağlı qabırğalar çəkilmişdi. İ.Hüseynov. // Tərkibində yağ maddəsi olan. Yağlı bitkilər. Yağa bulaşmış. ..Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman. // Üzərində yağ ləkəsi olan; kirli, çirkli. Yağlı əsgiləri yumaq. Köynəyin boynu yağlıdır.
məc. dan. Pullu, varlı, gəlirli, yaxşı gəlir mənbəyi olan. Yağlı yer. - Molla Xəlil düşünürdü: hər üç, beş Quran oxudan Hacı Hüseyn kimi yağlı müştərilər Quranların sayını ixtisara salsalar, o zaman mədaxili birə-üç, birə-dörd azalacaqdır. S.Hüseyn. Leylək Ələmdar çovğunun, azanın və zənglərin qatqarış səslərinə qulaq verir, onda yağlı bir qarət həvəsi doğurdu. S.Rəhimov.
məc. dan. Kəsərli, tutarlı, təsirli, şiddətli. Yağlı töhmət aldı. - Cəbhədə dəydimi ona yağlı, tutarlı bir kötək; Atəş alır, quduzlaşır, dörd yanı qapır köpək. Ə.Nəzmi.
□□ Yağlı boya rəss. - tərkibində yağ olan rəssam boyası. Vəzir taxt üstündə oturdu və bir müddət hamamın kəllə divarındakı yağlı boya ilə çəkilmiş əfsanəvi ənqa quşuna baxaraq fikrə getdi. Ə.Məmmədxanlı. Yağlı dil şirin, lakin yalan sözlər, aldadıcı dil. Qərəz, o yan-bu yan, Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırtdı. “Koroğlu” . [Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli. indi Leylək .. o yağlı dili tapa bilərdimi? S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YA2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed