
YAĞLI-YAĞLIsif. 1. Çox yağlı, ləzzətli, dadlı, çox qidalı. Yağlı-yağlı xörəklər.
[Hacı Murad:] Kafir uşaqları kafir, yeyin mənim yağlı-yağlı xörəklərimi. S.S.Axundov. 2. məc. Şirin-şirin. Koxanın gözü qazanda, yağlı-yağlı söhbətlərdən elədi. S.Rəhimov. // Zərf mənasında. Rüstəm dolamalı yollarla mənzil qət etmək üçün yağlı-yağlı danışıb qurtardığı zaman Qəhrəmanı dinləməyə, ondan təzə söz, yeni əhvalat eşitməyə çalışırdı. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|