İzahlı lüğət

YAVANLIQSIZ (ID - 43075)

1. sif. Yavanlığı olmayan. Yavanlıqsız çörək.
2. zərf Yavanlıq olmadan. Yavanlıqsız qalmaq.

YAVANSIZLIQ (ID - 43076)

is. Yavanlığın olmadığı hal.

YAVAN-YAVAN (ID - 43077)

zərf Yavanlıq olmadan, yavanlıqsız. Tərlan doğranmış çörəkdən bir parça götürüb yavan-yavan gəvələməyə başladı. M.Hüseyn.

YAVAŞ (ID - 43078)

zərf 1. Hərəkəti asta, zəif, ağır. Yavaş yerimək. // Sif. mənasında. Qız.. yavaş addımlarla onu izləyir. M.Hüseyn. Sakit, asta, qışqırıqsız, səssiz. Yavaş danış!
sif. Sakit, mülayim, həlim. Yavaş inək. Yavaş uşaq.
yavaş-yavaş...

YAVAŞAN (ID - 43079)

is. məh. bax yovşan.Xırdacaxırdaca çəpişlər; Yavaşanın başın dişlər. (Sayaçı sözü).

YAVAŞCA (ID - 43080)

zərf Astaca, üsulluca, yavaşcadan, hiss etdirmədən, səs çıxarmadan, bildirmədən. Yavaşca yerindən durdu. Yavaşca kənara çəkildi. - Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar...

YAVAŞCADAN (ID - 43081)

bax yavaşca. [Məmmədcəfər] əyilib yavaşcadan qulağıma pıçıldadı. Qantəmir. Yenə əvvəlki gecələr kimi [müəllim və Telli] yavaşcadan söhbətə başlamışlardı. S.Hüseyn. Əzizin dizləri titrədi, yavaşcadan çamadanının üstündə...

YAVAŞCALIQLA (ID - 43082)

zərf dan. Yavaş, yavaşca. Çoban yavaşcalıqnan əyilib Aşıq Şirvandan xəbər aldı. “Abbas və Gülgəz” .

YAVAŞCANA (ID - 43083)

dan. bax yavaşca.

YAVAŞDAN (ID - 43084)

zərf bax yavaşca. Qoca kapitan qəmgin səslə yavaşdan dilləndi. M.Süleymanov.

YAVAŞIDICI (ID - 43085)

sif və is. tex. Sürəti, hərəkəti yavaşıdan, azaldan (cihaz və s.).

YAVAŞIMA (ID - 43086)

“Yavaşımaq”dan f.is.

YAVAŞIMAQ (ID - 43087)

f Bir şeyin hərəkətinin, sürətinin, şiddətinin, təsirinin və s.-nin gücü getdikcə azalmaq, zəifləşmək, ağırlaşmaq, sakitləşmək. Külək yavaşımağa başladı. Sel yavaşıdı. Maşının hərəkəti yavaşıdı. Ağrı yavaşıdı....

YAVAŞITMA (ID - 43088)

“Yavaşıtmaq”dan f.is.

YAVAŞITMAQ (ID - 43089)

icb. Hərəkətin sürətini azaltmaq, astalaşdırmaq, zəiflətmək, alçaltmaq. Addımını yavaşıtmaq. - Xanım bir yerdə durdumu, Həmzə bəy də yerişini yavaşıdıb gözlərini ondan çəkmirdi. Çəmənzəminli. Bəbir bəy səsini yavaşıtdı....

YAVAŞLAMA (ID - 43090)

“Yavaşlamaq”dan f.is.

YAVAŞLAMAQ (ID - 43091)

f . Yerişini, sürətini azaltmaq, yavaş etmək. Məşədi Əsgər bir az yavaşlayıb özünü bir qaranlıq yerə çatdırdı. S.M.Qənizadə.

YAVAŞLANDIRICI (ID - 43092)

bax yavaşıdıcı.

YAVAŞLANDIRMA (ID - 43093)

“Yavaşlandırmaq”dan f.is.

YAVAŞLANDIRMAQ (ID - 43094)

icb. Yavaş etmək, yavaşıtmaq, ağırlaşdırmaq, azaltmaq.

YAVAŞLANMA (ID - 43095)

“Yavaşlanmaq”dan f.is.

YAVAŞLANMAQ (ID - 43096)

f . Yavaş olmaq, yavaşımaq, ağırlaşmaq, azalmaq, zəifləşmək.

YAVAŞLATMA (ID - 43097)

“Yavaşlatmaq”dan f.is.

YAVAŞLATMAQ (ID - 43098)

icb. Yavaş etməyə, azaltmağa, zəifləşdirməyə, yavaşıtmağa məcbur etmək. Külək Dilbərin üzünə çırpır, qulaqlarında uğuldayır, yerişini yavaşladırdı. C.Cabbarlı.

YAVAŞLIQ (ID - 43099)

is. Hərəkətdə, sürətdə astalıq. Bir-iki yolçu da bu yavaşlıqdan istifadə edərək tramvaydan atılıb çıxdı. Qantəmir.

YAVA-YAVA (ID - 43100)

zərf dan. Hərzə-hərzə, ağzına nə gəldi, həyasız-həyasız, ədəbsizcəsinə, tərbiyəsizcəsinə. Yava-yava danışmaq. - [Hacı Qara:] Yava-yava danışma, yoldan çox adam gedir, doğrusun de görüm, kimsiniz? M.F.Axundzadə. [Sultan bəy...

YAVƏR (ID - 43101)

is. [fars.] 1. klas. Yardımçı, köməkçi, imdada çatan. Anadan yaxşı yavər olmaz. (Ata. sözü). Təklif nə hacətdi, gözüm, vaqifi-halə; Dildadələrin dadrəsi, yavəri sənsən. Q.Zakir. Bikəsəm aləmara dərdü qəmimdən özgə; Nə...

YAVƏRLİK (ID - 43102)

is. Yavərin gördüyü iş, vəzifə.

YAVINC (ID - 43103)

is. məh. Tabeçilik, tabe olan.

YAVRU (ID - 43104)

is. Çocuq, uşaq, körpə, bala (nəvazişlə deyilir). Yavrum, quzum! Yatanlar ayılmaz mahaldır? Ancaq mənimki nalə, səninki sualdır. M.Ə.Sabir. Yanaşar bəstəriətfalə ana; Uyqudan yavrusu istər oyana. A.Səhhət. [Nazlı Marala:] Mən sənə...

YAVRUCUQ (ID - 43105)

“Yavru”dan oxş. Lay-lay mələyim, sevdiciyim, yavrucuğum yat; Bir də ələ düşməz bu çocuqluq dəmi, heyhat! A.Şaiq. Zəhra yuvası dağılmış bu yavrucuqların, analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi...

YAVUQ (ID - 43106)

sif. Yaxın. Qarı gəlir bizə yavuq; Əl-ayağı tutub soyuq. “Koroğlu” . Mehmanlara var saf suyun özgə səfası; Derlər ki, yavuqdur ola on dörd gecəlik ay. Qövsi. [Xədicə:] [Nazlını] özümə bacıdan yavıq adam bilib hamı gizlin...

YAVUQLAŞMA (ID - 43107)

“Yavuqlaşmaq”dan f.is.

YAVUQLAŞMAQ (ID - 43108)

YAVUQLU (ID - 43109)

sif. və is. məh. Adaxlanmış, nişanlanmış; adaxlı, nişanlı, deyikli.

YAVUQLUQ (ID - 43110)

is. Yaxınlıq. İtaliya məmləkətinin Napoli [Neapol] şəhərinin yavuqluğunda bir qədim bütpərəstlərə təəllüq ibadətgahın xərabəsi var. H.Zərdabi. [Kətxuda] bilirdi ki, bunlara yavuqluq etsə, qulluq işləri də yaxşı gedəcəkdir....

YAVUZ (ID - 43111)

sif. qəd. 1. Şiddətli, çox sərt və tünd, yaman.
2. Məharətli, ustad. Yavuz çox sağlam bayatı sevər; Gah öyünər, tək-tək özündən deyər. M.P.Vaqif.

YAY1 (ID - 43112)

is. İlin, yazla payız arasında olan ən isti fəsli. Yayın isti günləri. Yay günləri. Yay meyvələri. Yay tətili. Yay istirahəti. - Hamı bunu bilir ki, yay fəsli üç ay məktəblər bağlıdır. C.Məmmədquluzadə. Bu il yay tətili münasibəti...

YAY2 (ID - 43113)

is. 1. Ox atmaq üçün yarımdairə şəklində əyilib ucları tarım iplə birləşdirilmiş ibtidai silah. Dəmirçioğlu yayı çiynindən aşırdı, oxları bir-bir çilləyə-kamana mindirib yerindən tərpənəni vurub yerə saldı. “Koroğlu”...

YAYBAŞI (ID - 43114)

zərf Yayın başlanğıcında, yayın əvvəlində, yay girəndə. Yaybaşı Bəbir bəy külfəti [dağa] aparmaq istədi. Mir Cəlal.

YAYCI (ID - 43115)

is. Qədim türkdilli tayfalardan biri.

YAYCIQ (ID - 43116)

is. Balaca yay.

YAYÇI(LAR) (ID - 43117)

is. Qədim türkdilli tayfalardan biri.

YAYDIRMA (ID - 43118)

“Yaydırmaq”dan f.is.

YAYDIRMAQ (ID - 43119)

icb. Başqasına yayma işi gördürmək, yaymağa məcbur etmək.

YAYDIRTMA (ID - 43120)

“Yaydırtmaq”dan f.is.

YAYDIRTMAQ (ID - 43121)

bax yaydırmaq.

YAYĞIN (ID - 43122)

sif. 1. Tez yayılmaq xassəsi olan, tez yayılan; sıyıq.
2. məc. Konkret, dəqiq olmayan, lazımınca aydın olmayan; qeyri-müəyyən. Yayğın fikir.

YAYĞINLAŞDIRILMA (ID - 43123)

“Yayğınlaşdırılmaq”dan f.is.

YAYĞINLAŞDIRILMAQ (ID - 43124)

məch. 1. Yayğın hala salınmaq, yayğınlıq xassəsi verilmək; sıyıqlaşdırılmaq.
2. məc. Konkretlikdən, aydınlıqdan, dəqiqlikdən məhrum edilmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed