İzahlı lüğət

YAVAŞ

zərf 1. Hərəkəti asta, zəif, ağır. Yavaş yerimək. // Sif. mənasında. Qız.. yavaş addımlarla onu izləyir. M.Hüseyn. Sakit, asta, qışqırıqsız, səssiz. Yavaş danış!
sif. Sakit, mülayim, həlim. Yavaş inək. Yavaş uşaq.
yavaş-yavaş zərf Asta-asta, zəif-zəif, sakit-sakit. Yavaş-yavaş yerimək. Yavaş-yavaş danış, tələsmə. - Batdı yavaş-yavaş Hacının səsi; Kəsildi axırda, bayquş nəfəsi. H.K.Sanılı. Yavaş-yavaş pilləkənləri endik. Mir Cəlal. // Azca-azca, ağır-ağır, tədriclə, aramla. Xəstə yavaş-yavaş özünə gəlir. Qarlar yavaş-yavaş əriyir. işlə yavaş-yavaş tanış olur. - Axşam yavaş-yavaş araya gəldi. Gün qüruba yaxınlaşdı. N.Nərimanov. [Hacı Sultan] yavaşyavaş alver edib çörək pulusunu qazanırdı. S.Hüseyn. Əvvəlcə qayığa minməkdən qorxan Tofiq yavaş-yavaş öyrəşmişdi. M.Rzaquluzadə. Kabab yavaş-yavaş sulanır bu an; Ağ lavaş qoyulub yaşıl süfrəyə. H.Hüseynzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed