YAY2is. 1. Ox atmaq üçün yarımdairə şəklində əyilib ucları tarım iplə birləşdirilmiş ibtidai silah. Dəmirçioğlu yayı çiynindən aşırdı, oxları bir-bir çilləyə-kamana mindirib yerindən tərpənəni vurub yerə saldı. “Koroğlu” . Şah oxluqdan bir ox alıb yaya qoyur. A.Şaiq. □ Yaya dönmək məc. - düz, şaquli vəziyyətini itirmək, əyilmək. Qaşların əyrisin yad eylədikcə; Qamətim əyilib, yaya dönmüşəm. M.P.Vaqif. Spiral şəklində burulmuş məftil. Polad yay. Saatın yayı. Çaxmağın yayı sınıb. // Hərəkət zamanı təkan və sarsıntının təsirini azaltmaqdan ötrü avtomobil, vaqon və s. minik vasitələrinin, banla ox arasında olan, birbirinə pərçim edilmiş, adətən bir neçə qat uzun elastik polad lövhələrindən ibarət hissəsi. Araba yayı. Vaqonun yayları.
məc. Klassik şeirdə: gözəlin qaşına işarə. Can alar qaşı, tökər kirpiyi qan; Mərhəba, ol oxa, olyayə baxın! Heyran xanım. Ləb qönçə, diş inci, yanağı lalə; Çəkilib qaşların yay, Sarıköynək! Aşıq Ələsgər. □□ Ox atıb yayını gizlətmək - fikrini tamamilə deməmək, eyhamla, işarə ilə kifayətlənmək. Ox atıb gizləmə dalında yayı. M.Rahim. Paylaşın - Hamı bilsin
|