YAVAŞCAzərf Astaca, üsulluca, yavaşcadan, hiss etdirmədən, səs çıxarmadan, bildirmədən. Yavaşca yerindən durdu. Yavaşca kənara çəkildi. - Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə. C.Məmmədquluzadə. Zeynal yavaşca addımları ilə Mehribana yaxınlaşdı. S.Hüseyn. ..Qoşqaryavaşca qalxıb dinməz-söyləməz kabineti tərk edəndə Sultan elə bil yuxudan ayıldı. I.Hüseynov. // Başqalarına eşitdirmədən, astadan, yavaş səslə. Qulluqçu .. sözünün axırını yavaşcadan söyləyərək, qızarmış bir halda otaqdan çıxdı. Çəmənzəminli. Ana Südabəyə yavaşca: - Qızım, Firidunu qonaq çağırsana, - dedi. M.Ibrahimov.
Paylaşın - Hamı bilsin
|