
YAVUQsif. Yaxın. Qarı gəlir bizə yavuq; Əl-ayağı tutub soyuq. “Koroğlu” . Mehmanlara var saf suyun özgə səfası; Derlər ki, yavuqdur ola on dörd gecəlik ay. Qövsi. [Xədicə:] [Nazlını] özümə bacıdan yavıq adam bilib hamı gizlin olan fikirlərimi sənə demişəm. N.Nərimanov.
Paylaşın - Hamı bilsin
|