İzahlı lüğət

YALVARMA (ID - 42275)

“Yalvarmaq”dan f.is.

YALVARMAQ (ID - 42276)

f . Birinin könlünü yumşaldıb bir şeyə razı etmək üçün öz nəfsini alçaldaraq təkidlə acizanə xahiş etmək, rica etmək. Çox yalvardı, bir şey çıxmadı. - [Koroğlu] ağlamayan, yalvarmayan düşməni öldürməzdi, bağışlayardı....

YALVARTMA (ID - 42277)

“Yalvartmaq”dan f.is.

YALVARTMAQ (ID - 42278)

icb. Yalvarmağa məcbur etmək.

YALVAR-YAXAR (ID - 42279)

1. is. Yalvarış, çox yalvarma. Şeyda .. xeyli yalvar-yaxardan sonra bir-iki ağız oxumaqla kifayətlənərdi. M.Hüseyn.
2. zərf Yalvarmaqla, xahişlə, çox yalvardıqdan sonra. Bakıda səsi olan bütün adamlar yalvar-yaxar bu işə cəlb...

YALVAR-YAPIŞ (ID - 42280)

bax yalvar-yaxar. Bir çox yalvar-yapışdan sonra bunları buraxırlar saraya. “M.N.lətif.” Aynanın yalvaryapışlarına .. baxmayaraq, o, Mirzəni sakit bir yola qaytara bilməmişdi. S.Rəhimov. // Zərf mənasında. Sonra arvadı, qızı,...

YAL-YALMAN (ID - 42281)

is. Bəzi heyvanların boynunda olan uzun tüklər; yal. Hacı kürkünün sol çiynini yuxarı atıb, ata yaxınlaşdı. Onun qaşqasını, yal-yalmanını tumarladı. Ə.Abasov.

YAL-YAMAC (ID - 42282)

top. Dağın yal və yamacları. [Kosa] yal-yamaca baxıb başını qaşıdı, məhəccərə söykənib dərin sükuta getdi və özünə vəzifə seçməyə başladı. S.Rəhimov.

YAM (ID - 42283)

is. tar. Orta əsrlərdə monqol işğalına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda mövcud olmuş nəqliyyat və rabitə məntəqəsi (rus dilində işlədilən “yamşik” sözü də buradandır).

YAMAC (ID - 42284)

is. Dağın, təpənin ən yüksək nöqtəsindən aşağıya mayili səthi. Dağ yamacı. Yamaca qalxmaq. - Sürü-sürü qoyunları çoban yamacda otladar; Alar ələ papağını, oxur şikəstə, fit çalar. A.Səhhət. Naltökən dağları yel kimi...

YAMACLI (ID - 42285)

sif. Yamacı olan. Sakit liman şimaldan sıldırım qaya ilə, qərbdən və cənubdan yastı yamaclı alçaq dağlarla araya alınmışdı. M.Süleymanov.

YAMACLIQ (ID - 42286)

is. Yamaclı yer, yamaclar çox olan yer.

YAMAQ (ID - 42287)

is. 1. Bir şeyin cırıq və ya yırtıq yerini qapayıb örtmək üçün həmin (və ya başqa) materialdan oraya tikilən və ya yapışdırılan qumaş və s. parçası. Yamaq salmaq. - ..Bu gəncin əynində boz rəngə çalan paltar, ayaqlarında...

YAMAQÇI (ID - 42288)

is. Yamaq yamamaqla məşğul olan adam; pinəçi. Ayaqqabıları yamaqçıya ver. // Paltaryamayan. [Əntiqənin] böyüyü-zadı yoxdur, iki il olar ki, atası yatalaqdan öldü, anası da ki sağınçıdı, yamaqçıdı. Mir Cəlal.

YAMAQLAMA (ID - 42289)

“Yamaqlamaq”dan f.is.

YAMAQLAMAQ (ID - 42290)

f Bir şeyin cırıq və ya yırtıq yerini yamaqla qapamaq, yamaq vurmaq; yamamaq.

YAMAQLANMA (ID - 42291)

“Yamaqlanmaq”dan f.is.

YAMAQLANMAQ (ID - 42292)

məch. Yamaq vurulmaq.

YAMAQLATMA (ID - 42293)

“Yamaqlatmaq”danf.is.

YAMAQLATMAQ (ID - 42294)

icb. Bir şeyə yamaq vurdurmaq.

YAMAQLI (ID - 42295)

sif Yamağı və ya yamaqları olan, yamaq vurulmuş; yamanmış. Yamaqlı paltar. Yamaqlı palaz. - Arvad Cumanın.. yamaqlı çəkməsini geydi. Ə.Əbülhəsən. [Qəhrəmanın] paltarı boz şal pencəklə yamaqlı qara şalvardan və sağanağı...

YAMAQLIQ (ID - 42296)

1. sif. Yamaq üçün yararlı. Yamaqlıq dəri (parça).
2. is. Yamaq. Savadın əlində köhnə bir dəsmal; Yamaqlıq salınmış çox yerdən xal-xal. H.K.Sanılı.

YAMAQSIZ (ID - 42297)

sif. Yamağı olmayan, yamaqsız ayaqqabı.

YAMAQ-YAMAQ (ID - 42298)

sif. Başdan-ayağa yamaqlı, hər yerinə yamaq vurulmuş. Yamaqyamaq şalvar. - Sanırsan ki, indi yıxılacaqdır; Əynində paltarı yamaq-yamaqdır. S.Rüstəm.

YAMAQ-YIRTIQ (ID - 42299)

is. Yamanması lazım olan hər şey, yamanmalı paltar və s. Arvad kişinin yerini saldıqdan sonra taxçanı-boxçanı axtarıb yamaq-yırtığını tikərdi. H.Sarabski.

YAMAMA (ID - 42300)

“Yamamaq”dan f.is.

YAMAMAQ (ID - 42301)

f . 1. Bir şeyin cırıq və ya yırtıq yerini təmir etmək. Şalvarın dizlərini yamamaq. Corabları yamamaq. Çəkməni yamamaq. - Yamayardım babamın çul-çuxasın. M.Ə.Sabir. Salatın üstünə ala-bəzək çaynik qoyulmuş samovarın yanında...

YAMAN (ID - 42302)

sif. 1. Pis. Yaman arvadlının evi cəhənnəmdir. (Ata. sözü). Biçarə münəccimbaşı yaman (z.) halda idi. M.F.Axundzadə. Bu dünyada üç şey başa bəladı; Yaman oğul, yaman arvad, yaman at. Aşıq Ələsgər. Saldız axırda yaman halə...

YAMANCA (ID - 42303)

sif. 1. Yaman, pis. Aşıq yamanca deyil; Xalın yamanca deyil; Günümüz belə keçsə; Yenə yamanca deyil. Sarı Aşıq.
Çox, olduqca. [Hacı Fərəc:] ..Hər nə isə, yamanca şeytandır. N.Vəzirov. // Zərf mənasında. Yoxuşun tən ortasında,...

YAMANLAMA (ID - 42304)

“Yamanlamaq”dan f.is.

YAMANLAMAQ (ID - 42305)

f 1. Pisləmək, töhmətləndirmək, pisinə danışmaq. ..Yazıq məşədilər, gündə sizi qəzetlərdə yamanlayırlar ki, siz cümə günləri dükanları açıb alış-veriş eləyirsiniz. C.Məmmədquluzadə. // Danlamaq, söymək, biabır etmək....

YAMANLAŞMA (ID - 42306)

“Yamanlaşmaq”danf.is.

YAMANLAŞMAQ (ID - 42307)

f . Pisləşmək, xarablaşmaq, daha da pis olmaq.

YAMANLI (ID - 42308)

sif. məh. Yaman şişi (yarası) olan (bax yaman 5-ci mənada). Yamanlı at.

YAMANLIQ (ID - 42309)

is. Pis iş; pislik. Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). Yaxşılıq yamanlığın qalxanıdır. (Ata. sözü). □ Yamanlıq etmək pislik etmək. Etdi bu fələk hər kəsə bir...

YAMANMA (ID - 42310)

“Yamanmaq”dan f.is.

YAMANMAQ (ID - 42311)

YAMANMIŞ (ID - 42312)

f sif Yamaq vurulmuş (tikilmiş); yamaqlı. Şalvarın yamanmış dizləri. Yamanmış köynək. Yamanmış paltar.

YAMAN-YAXŞI (ID - 42313)

zərf Birtəhər, güc-bəla ilə; nə pis, nə yaxşı. işi yaman-yaxşı görüb qurtardıq. - [Hacı Mehdi:] Allaha şükür, görürsən, beləcə, yaman-yaxşı dolanırıq. Ə.Haqverdiyev.

YAMAN-YAMAN (ID - 42314)

1. sif. Böhtançı, şər, pis. [Sitarə:] Allah sizi saxlasın yaman-yaman dillərdən. C.Cabbarlı.
2. zərf Pis-pis. Yaman-yaman danışmaq.

YAMATDIRILMA (ID - 42315)

“Yamatdırılmaq”danf.is.

YAMATDIRILMAQ (ID - 42316)

məch. Başqası vasitəsilə yamatmaq. Ayaqqabıların hamısı yamatdırılmışdır.

YAMATDIRMA (ID - 42317)

“Yamatdırmaq”dan f.is.

YAMATDIRMAQ (ID - 42318)

icb. Başqası vasitəsilə yamatmaq, başqasına yamatmaq. Ayaqqabıları yamatdırmaq.

YAMATMA (ID - 42319)

“Yamatmaq”dan f.is.

YAMATMAQ (ID - 42320)

icb. Başqasına yamaq vurdurmaq, yamaq işi gördürmək. Corabı yamatmaq.

YAMSILAMA (ID - 42321)

“Yamsılamaq”dan f.is.

YAMSILAMAQ (ID - 42322)

f . Başqasının danışığını, hərəkətlərini və s.-ni mümkün qədər eyni ilə təkrar etmək; təqlid etmək. [Təlxək] üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqlapul yığardı. H.Sarabski. Hüseyn...

YAMSILANMA (ID - 42323)

“Yamsılanmaq”dan f.is.

YAMSILANMAQ (ID - 42324)

məch. Təqlidi çıxarılmaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed