
YAMSILAMAQf . Başqasının danışığını, hərəkətlərini və s.-ni mümkün qədər eyni ilə təkrar etmək; təqlid etmək. [Təlxək] üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqlapul yığardı. H.Sarabski. Hüseyn bu dərvişləri o qədər gözəl yamsılayardı ki, qonşu arvadlar tamaşaya yığılardılar. S.Rəhman.
□□ Ağzını yamsılamaq - yamsılayıb, təqlidini çıxardıb acıqlandırmaq, hirsləndirmək. Paylaşın - Hamı bilsin
|