İzahlı lüğət

YAMAMAQ

f . 1. Bir şeyin cırıq və ya yırtıq yerini təmir etmək. Şalvarın dizlərini yamamaq. Corabları yamamaq. Çəkməni yamamaq. - Yamayardım babamın çul-çuxasın. M.Ə.Sabir. Salatın üstünə ala-bəzək çaynik qoyulmuş samovarın yanında oturub əlində nə isə yamayırdı. M.Hüseyn.
2. məc. dan. Uymadığı halda bir şeyə əlavə etmək, artırmaq, yapışdırmaq. [Faytonçu:] Özün bilirsən ki, taksı beş şahıdır. Məndən iki şahı kəsib harana yamayacaqsan? Ə.Haqverdiyev. [Möhsün:] Musa, gətir, bu kökdə şəklimizi çəkdir. Lazımın olar, filmlərin birinə yamayarsınız. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed