
YAMANLAMAQf 1. Pisləmək, töhmətləndirmək, pisinə danışmaq. ..Yazıq məşədilər, gündə sizi qəzetlərdə yamanlayırlar ki, siz cümə günləri dükanları açıb alış-veriş eləyirsiniz. C.Məmmədquluzadə. // Danlamaq, söymək, biabır etmək. Günlərin birində bəyin bığıburma cavan oğlu at belində xırmana gəldi və Ramazanın atasını məhsulu gizlətməkdə təqsirləndirib yamanlamağa başladı. M.Hüseyn.
2. dan. Yaman yara çıxarmaq (bax yaman 5-ci mənada). Paylaşın - Hamı bilsin
|