
YAMANLIQis. Pis iş; pislik. Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). Yaxşılıq yamanlığın qalxanıdır. (Ata. sözü). □ Yamanlıq etmək pislik etmək. Etdi bu fələk hər kəsə bir tövr yamanlıq. M.Ə.Sabir. [Turac:] Mən soruşmaq istəyirəm ki, mən sənə nə yamanlıq etmişdim? C.Cabbarlı. [Biri:] Sən ona yamanlıq etməkdə böyük səhv edirsən. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|