İzahlı lüğət

YALVARMAQ

f . Birinin könlünü yumşaldıb bir şeyə razı etmək üçün öz nəfsini alçaldaraq təkidlə acizanə xahiş etmək, rica etmək. Çox yalvardı, bir şey çıxmadı. - [Koroğlu] ağlamayan, yalvarmayan düşməni öldürməzdi, bağışlayardı. “Koroğlu” . Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm. C.Məmmədquluzadə. Bu halda - Şərifə [Zeynalın] qarşısında diz çöküb ağladığı halda, yalvaran bir vəziyyət aldı. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed