İzahlı lüğət

YALVAR-YAXAR

1. is. Yalvarış, çox yalvarma. Şeyda .. xeyli yalvar-yaxardan sonra bir-iki ağız oxumaqla kifayətlənərdi. M.Hüseyn.
2. zərf Yalvarmaqla, xahişlə, çox yalvardıqdan sonra. Bakıda səsi olan bütün adamlar yalvar-yaxar bu işə cəlb edildi. S.Rəhman. Anasını yalvar-yaxar xörək yeməyə razı edəndən sonra .. Veys getməyə tələsirdi. Ə.Əbülhəsən. □ Yalvar-yaxar etmək (eləmək) - çox yalvarmaq. [Hacıyev] bölüyə getmək əvəzinə təzədən bir də kapitana müraciətlə yalvar-yaxar edib bu təyinatdan yaxasını qurtarmağa təşəbbüs edəcəkdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed