İzahlı lüğət

YÜRÜTMƏ (ID - 44375)

“Yürütmək”dən f.is.

YÜRÜTMƏK (ID - 44376)

bax yeritmək 1 və 2-ci mənalarda. Yağılar yurduna yürütsə qoşun; Oğlum, siz onda bir şir kimi qoşun. S.Rüstəm.

YÜYƏN (ID - 44377)

is. Atın başına keçirilən kəm və cilovdan ibarət qoşqu ləvazimatı. Yüyəni atın başına keçirmək. Atın yüyənindən tutmaq. - Bir az da getmişdilər, genə Rövşən Qıratın yüyənini çəkib dönüb geri baxdı. “Koroğlu” ....

YÜYƏNLƏMƏ (ID - 44378)

“Yüyənləmək”dən f.is.

YÜYƏNLƏMƏK (ID - 44379)

f 1. Başına yüyən keçirmək, yüyən taxmaq (atın). Qara, göyxallı atı gül kimi təmizləyib yəhərlədi və yüyənlədi. S.Rəhimov.
2. məc. Özünə tabe etmək, özündən asılı vəziyyətə salmaq.

YÜYƏNLƏNMƏ (ID - 44380)

“Yüyənlənmək”dən f.is.

YÜYƏNLƏNMƏK (ID - 44381)

məch. 1. Başına yüyən keçirilmək (taxılmaq). At yüyənlənmişdir.
2. məc. Başqasının tabeliyinə keçmək, başqasından asılı vəziyyətə düşmək.

YÜYƏNLƏTMƏ (ID - 44382)

“Yüyənlətmək”dən f.is.

YÜYƏNLƏTMƏK (ID - 44383)

icb. Atın başına yüyən taxdırmaq.

YÜYƏNLİ (ID - 44384)

sif Başına yüyən vurulmuş, yüyəni olan. Tez yəhərli, yüyənli bir at alıb mindi,.. Çənlibelə tərəf yola düşdü. “Koroğlu” .

YÜYƏNSİZ (ID - 44385)

sif. Başına yüyən vurulmamış, yüyəni olmayan. Yüyənsiz at.
□□ Yüyənsiz danışmaq - fikirləşmədən danışmaq. Yüyənsiz danışmaq nə yana çatar; Bihürmət eylədi simü zər məni. Q.Zakir.

YÜY(Ü)RƏK (ID - 44386)

sif. Bərk qaçan; itigedən, qaçağan. [Əhməd tacirbaşı] bir yüyrək at minib, durmagəldim özünü Həsən paşanın yanına çatdırdı. “Koroğlu” . [Qurbanəli bəy:] Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürək at tapılsa,...

YÜYÜRMƏ (ID - 44387)

“Yüyürmək”dən f.is. İndi [Lətif] yürüş zamanı düzgün nəfəs alır və yüyürmə sürətini daha da artırırdı. H.Seyidbəyli.

YÜYÜRMƏK (ID - 44388)

f . Qaçmaq, qoşaraq getmək, bərk getmək, qaça-qaça getmək; qoşmaq. Hara belə yüyürürsən? Uşaqlar yüyürməkdən yoruldu. - Küçədən bir çocuq yüyürdü evə.. M.Ə.Sabir. İtlər quyruqlarını, qulaqlarını şəkləyərək birdən-birə...

YÜYÜRTMƏ (ID - 44389)

“Yüyürtmək”dən f.is.

YÜYÜRTMƏK (ID - 44390)

icb. Yüyürməyə, qaçmağa, iti getməyə məcbur etmək; çapdırmaq.

YÜYÜRÜBBƏ (ID - 44391)

zərf dan. Yüyürərək, yüyürə-yüyürə, qaçaraq, qaça-qaça, tez, cəld. Düşmən piyadası.. yüyürübbə qoşaraq.. çalaçuxurlara yığılıb dolur. Ə.Əbülhəsən.

YÜYÜRÜK (ID - 44392)

is. 1. Yeni ayaq tutmağa başlayan uşağın tez və yaxşı yeriməyi öyrənməsi üçün xüsusi quruluşlu arabacıq. Uşaq üçün yüyürük almaq.
2. Uzanıb istirahət etmək üçün iki tərəfdən ağaca, dirəyə bağlanan tor; qamak.

YÜYÜRÜŞMƏ (ID - 44393)

1. “Yüyürüşmək”dən f.is.
2. is. Qaçış yarışı. Yüyürüşmədə birincilik qazandı.

YÜYÜRÜŞMƏK (ID - 44394)

qarş. Hamı birdən yüyürmək, qaçmaq, yüyürərək gəlmək. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev. Kəndin hər tərəfindən adamlar yüyürüşürdülər....

YÜZ (ID - 44395)

say 1. Doxsan doqquzdan sonra gələn rəqəm - 100. Yüz manat. Yüz nəfər. Yüz faiz. Yüz addımlıqda. On dəfə on yüz elər. // Başqa saylarla birlikdə. Dörd yüz kilo. Təyyarə saatda 600 kilometr yol gedir. □ Yüz il - bir əsr. Bir...

YÜZBAŞI (ID - 44396)

is. tar. İnqilabdan əvvəl Azərbaycan kəndlərində kənd icması tərəfindən seçilən inzibati vəzifə sahibi. Kənd yüzbaşısı. - Bir yüzbaşının ağız-burnunu sarıyıb, torba içində düz dəstənin qərargahına gətirirdilər......

YÜZBAŞILIQ (ID - 44397)

is. tar. Yüzbaşı vəzifəsi, rütbəsi.

YÜZƏR (ID - 44398)

bax yüz-yüz.

YÜZİLDƏNBİR (ID - 44399)

dan. bax ishalotu.

YÜZİLLİK (ID - 44400)

sif 1. Yüz il davam etmiş, bir əsrlik. Yüzillik dövr. Yüzillik müharibə.
2. Yüz illiyə həsr edilmiş, yüz ilin tamam olması ilə əlaqədar olan. Yüzillik yubiley.

YÜZLƏRCƏ (ID - 44401)

sif. Bir şeyin sayca çoxluğunu bildirir. Yüzlərcə adam. Yüzlərcə turist gəlmişdir.

YÜZLÜK (ID - 44402)

1. sif. Yüz vahidlə ölçülən. Yüzlük lampa.
2. is. Yüzmanatlıq kağız pul. [Mərcan bəy:] Paho, nə danışırsan? iki min manat iyirmi dənə yüzlük eləyir. U.Hacıbəyov. Ərz etdiyimdən ötrü ən azı bir diricə yüzlük lazımdır,...

YÜZMANATLIQ (ID - 44403)

bax yüzlük 2-ci mənada.

YÜZÜNCÜ (ID - 44404)

“Yüz”dən sıra s. Yüzüncü adam. Yüzüncü ev. Yüzüncü vərəqə.

YÜZ-YÜZ (ID - 44405)

zərf 1. Hər birinə və ya hər dəfəsinə yüz. Hər yeşiyə yüz-yüz yumurta yığılmışdır.
2. Yüzlərcə, yüzlərlə sayılacaq qədər çox. Tək olmadım nə xoş gündə, nə tufanda; Qardaşlarım var yüz-yüz. N.Rəfibəyli.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed